Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyanada Azərbaycan-Avropa İttifaqı münasibətləri və Cənubi Qafqazdakı regional vəziyyətə həsr olunan dəyirmi masa keçirilib.
Sülh naminə Beynəlxalq İnstitut tərəfindən təşkil edilən dəyirmi masada yerli beyin mərkəzlərinin nümayəndələri və ekspertlər iştirak ediblər.
Açılış nitqində Sülh naminə Beynəlxalq İnstitutun Prezidenti Hannes Svoboda dəyirmi masa iştirakçılarını gündəlikdə duran məsələlər barədə məlumatlandırdı.
Daha sonra BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın xarici siyasət prioritetləri və gündəmi, Ermənistan işğalından azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, yaranan çətinliklər, mina problemi, eləcə də Azərbaycan-Avropa İttifaqı münasibətləri barədə ətraflı nitq söylədi.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilirdi.