BMTM-in eksperti Vüsal Quliyevin “Türk Dövlətləri Təşkilatı Avrasiya ticarət bağlantılarını inkişaf etdirir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.
V. Quliyev Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və müşahidəçilərdən ibarət Türk Dövlətləri Təşkilatının (TDT) Orta Dəhlizin genişləndirilməsi istiqamətində təşəbbüslərə öncüllük etməsinə diqqət çəkir. Müəllif qeyd edir ki, bu təşəbbüslər regional əlaqələri gücləndirmək, geosiyasi qeyri-sabitlik fonunda ticarətdə yaranmış yubanmaları azaltmaq, çoxtərəfli müqavilələr və infrastruktura investisiya yatırmaqla dayanıqlı, rəqabətədavamlı nəqliyyat şəbəkələrini inkişaf etdirmək məqsədi daşıyır.
Məqalədə TDT-nin son sammitlərində Orta Dəhlizin optimallaşdırılması və rəqəmsallaşdırılmasına töhfə verən qərarlarının əhəmiyyəti vurğulanır.
“Türkiyə, Azərbaycan, Qazaxıstan və digər üzv dövlətlər arasında ikitərəfli və üçtərəfli sazişlər Orta Dəhliz vasitəsilə əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. TDT tərəfindən reallaşdırılan sazişlər vasitəsilə türk dövlətlərini əhatə edən kommersiya tərəfdaşlığı və siyasi əlaqələr tarixən görünməmiş səviyyələrə yüksəldilib. Növbəti mərhələdə TDT uzunmüddətli texniki tərəfdaşlıqların təşviqi, innovativ həllərdən istifadə və regional fərqliliklərin aradan qaldırılmasını prioritet məsələlər etməlidir. Rusiyanın iqtisadi təcridindən sonra TDT Çin-Avropa ticarət şəbəkəsi üzrə dəhlizin tam potensialını açma gücünə malikdir”.
Məqalənin ingilis dilindəki orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ila bilərsiniz:
https://jamestown.org/program/organization-of-turkic-states-advances-eurasian-trade-connectivity/
*Məqalə, həmçinin Sürix mərkəzli Caspian-Alpine Society və Brüssel mərkəzli European Geopolitical Forum tərəfindən nəşr edilmişdir:
https://caspian-alpine.org/organization-of-turkic-states-advances-eurasian-trade-connectivity/