BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimi keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev  bildirib ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərə dair elmi araşdırmalar yer alıb. Onun sözlərinə görə, 10 fəsildən ibarət kitabda əksər müəlliflər Mərkəzin əməkdaşları olsalar da, 2 fəslin yazılması üçün kənardan ekspertlər cəlb olunub. Fərid Şəfiyev bildirib ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinə tarixi əks olunub, eyni zamanda hazırda regionda baş verən hadisələrə nəzər salınıb. O, kitabda məcburi köçkün məsələsinə də geniş yer verildiyindən danışaraq qeyd edib ki, Azərbaycanın hazırda strateji hədəfi keçmiş məcburi köçkünlərin öz yurd yuvalarına qaytarılmasıdır: “Bu gün münaqişə başa çatıb. Lakin 30 il bu problemin mövcud olduğunu unutmamalıyıq. 30 il əvvəl bu insanlar öz evlərindən məhrum ediliblər. Onlar qayıdacaqlar, yeni həyata başlayacaqlar, amma Ermənistan tərəfindən vurulan maddi və mənəvi zərbəni həmişə araşdırmalı və daim  bu barədə yazmalıyıq”.

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kitabın faktlara söykəndiyini və heç bir təbliğata yer verilmədiyini bildirib. Onun sözlərinə görə, kitabın yazılmasında məqsəd həm də 30 ilə yaxın müddət ərzində məcburi köçkünlərə göstərilən dövlət qayğısının oxuculara çatdırılmasıdır: “Münaqişə geridə qaldı, ərazi bütövlüyümüz təmin olundu. Biz hər birimiz bu kitabı diqqətlə oxumalı və zəfər üçün hansı yoldan keçildiyi ilə tanış olmalıyıq. Kitab 44 günlük müharibənin bir illiyinə həsr olunub. Bu müddətdə böyük qayıdışı həyata keçirmək üçün Prezident İlham Əliyev tərəfindən vacib addımlar atılır. İnanıram ki yaxın vaxtlarda keçmiş məcburi köçkünləri öz kəndlərinə köçürə biləcəyik”.

Tədbir kitaba dair müzakirələrlə davam edib. 

Müəllifin son məqalələri

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib

20 İyul 2022 - 19:45

Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri