Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin Türkiyənin “Daily Sabah” dərgisində ingilis dilində “”Deportasiya olunmuş şəxslərin repatriasiyası sülhün əldə olunması yolunda Azərbaycan üçün prioritet təşkil edir” başlıqlı məqaləsi dərc edilib. Məqalədə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir dövrdə Azərbaycan prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibə verərək bildirib ki, Birinci Qarabağ müharibəsindən əvvəl Ermənistandan deportasiya olunmuş 300 min azərbaycanlının repatriasiyası sülh razılaşmasında Azərbaycan üçün prioritet məsələlərdən biridir. Müəllif yazır ki, Qarabağda əldə olunmuş qələbə 1987-ci ildən 1990-cı ilə kimi Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların geri qayıtması istiqamətində yeni qapı açıb. Bildirilir ki, azərbaycanlılar tarixən hazırda Ermənistan sərhədlərində yerləşən həmin bölgənin sakinlərdir. Müəllif yazıda Ermənistandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtmasını şərtləndirən əsas amillər və qarşıya çıxan risklər barədə yazır.
Daha ətraflı: