BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

2020-01-16 00:00

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.

Təcrübə proqramı fevral ayından başlayaraq 6 ay müddəti üçün nəzərdə tutulub. Təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaq və adları BMTM-nin kadrlar bazasına daxil ediləcək. Namizədlərin tərcümeyi-hal (CV),  motivasiya məktubu, maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayış və 2 ədəd tövsiyə məktubundan ibarət sənədlər toplusunu müraciət etdiyi sahəni qeyd etməklə info@aircenter.az ünvanına göndərməsi xahiş olunur. Ümumilikdə proqram  15 vakansiya üzrə elan edilib.

Müraciət üçün son tarix yanvarın 31-dir. Təcrübə proqramı fevralın 10-dan başlayacaq.

Aşağıdakı linkdən proqramla bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz:

http://aircenter.az/az/opportunity/internships/bmtm-tecrube-proqrami-ucun-muracietlerin-qebulunu-elan-edir-69