Təcrübə proqramları

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.

Təcrübə proqramı çərçivəsində namizədlərə maraq göstərdikləri sahələr üzrə elmi rəhbərlər təyin olunacaq və onların rəhbərlikləri altında təcrübəçilər müvafiq sahələr üzrə tapşırıqları icra edəcəklər. Seçilmiş təcrübəçilər BMTM-nin şəbəkəsinə daxil olmaq, mərkəzin təşkil etdiyi yüksək səviyyəli tədbirlərdə iştirak etmək, ölkənin və xarici dövlətlərin aparıcı siyasi-iqtisadi ekspert və mütəxəssisləri ilə  ünsiyyətdə olmaq imkanı əldə edəcəklər.

Təcrübə proqramı ödənişsizdir və fevral ayından başlayaraq 2-6 ay müddətinə nəzərdə tutulub. Təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaq və adları BMTM-nin kadrlar bazasına daxil ediləcək.

Təcrübəçiyə dair tələblər:

  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, analitik yanaşma;
  • Kompüter və ən azı bir xarici dil biliyi (müvafiq sahələr üzrə ingilis, rus, erməni, gürcü, türk, fars, ərəb, Çin dil biliklərinin olması tələb olunur);
  • Komandada işləmək bacarığı;
  • İntizam və məsuliyyət;
  • İnnovativ və yaradıcı düşünmək bacarığı;
  • Beynəlxalq əlaqələr, beynəlxalq hüquq, siyasi elmlər, jurnalistika, müvafiq sahələrə aid tələblə əsasən Regionşünaslıq (Qafqazşünaqlıq (Gürcü və Erməni dilləri), Şərqşünaslıq (Türk, Ərəb və Fars dilləri), Çinşünaslıq, Asiyaşünaslıq, Avropaşünaslıq, Rusiyaşünaslıq), iqtisadiyyat, energetika və oxşar sahələrdə bakalavr və ya magistr dərəcəsi;
  • Beyin mərkəzi, fond, dövlət qurumları və digər oxşar təşkilatlarda təcrübə (üstünlükdür).

Tələn olunan sənədlər:

  • Tərcümeyi-hal (CV)
  • Motivasiya məktubu (300 sözdən az olmamaq şərtilə)
  • Namizədin maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayış (500 sözdən az olmamaq şərtilə)
  • Tövsiyyə məktubu – 2 ədəd (Elmi rəhbər, dekan, müəllim və ya əvvəllər təcrübə keçdiyi qurumun rəhbəri tərəfindən)

Xüsusi öhdəliklər:

  • Təhlil materialları üçün mənbələrin axtarışı, tədqiqat nəticələrinin icmal şəklində ümumiləşdirilməsi;
  • Yazılı işlərin (təhlillər, hesabatlar, bülletenlər və s.) redaktəsi və korrektəsi;
  • Xəbərlərin monitorinqi və sənədləşdirilməsi;
  • Xəbər bülletenlərinin hazırlanması;
  • BMTM-nin tədbirlərinin təşkili və planlaşdırılmasına kömək etmə;
  • Daxili tədbirlər, konfranslar və dəyirmi masalarda müzakirəyə çıxarılan məsələlərlə bağlı hesabatların hazırlaması;
  • Elmi rəhbər tərəfindən təyin edilən digər öhdəlik və tapşırıqların icrası.

Təcrübə proqramından əldə edəcəkləriniz?

  • Tədqiqat üsulları, faktların toplanması və təhlil texnikası;
  • Müqayisəli və analitik yazı qabiliyyəti;
  • Analitik materiallar və hesabatların hazırlanması bacarığı;
  • Daxili və xarici beyin mərkəzi mütəxəssisləri ilə təcrübə mübadiləsi;
  • Xarici və daxili siyasət və iqtisadiyyata dair - təhlil və araşdırmaların aparılması imkanı.

Namizədlərin seçimi müvafiq sahələr üzrə aparılacaq:

Qafqazşünaslıq (Gürcüstan, Ermənistan və Dağlıq Qarabağ regionları üzrə)  – 3 nəfər (Erməni dili bilənlərə üstünlük veriləcək)

İqtisadiyyat  – 2 nəfər

Beynəlxalq münasibətlər (Energetika sahəsi üzrə) – 2 nəfər

Beynəlxalq münasibətlər (Hərbi və strateji təhlükəsizlik sahələri üzrə) -  1 nəfər

Beynəlxalq münasibətlər:

-  Avropa üzrə - 1nəfər

- Rusiya üzrə - 1 nəfər

Şərqşünaslıq (Türkiyə, Ərəbdilli ölkələr və İran üzrə) - 5 nəfər

Müraciət üçün son tarix: 15 fevral, 2020

Təcrübə proqramının başlayacağı tarix: 1 mart, 2020

Maraqlanan şəxslərdən tələb olunan sənədləri mövzu hissəsinə müracət etdiyi sahəni (Misal üçün: Avropa üzrə təcrübəçi) qeyd etməklə info@aircenter.az ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində müraciət edilən sahə qeyd edilməyən ərizələr nəzərdən keçirilməyəcək.

Full-time 15.02.2020
CV

Digər xəbərlər

31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
78
30 Mar 2020

BMTM: Koronavirusun yayıldığı dövrdə işğalçı rejimin siyasi oyunlardan əl çəkməməsi insan həyatına etinasız münasibətin göstəricisidir

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
190
25 Mar 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.
33