Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İspaniyanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondu (FESEI) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu BMTM-in sədri Fərid Şəfiyev və FESEI-nin direktoru Migel Alvarez imzalayıblar. Memorandum informasiya mübadiləsi məqsədi ilə nümayəndə heyəti və ekspertlərin mübadiləsini, qarşılıqlı olaraq elmi konfrans və seminarlarda iştirakı, akademik nəşr, araşdırma materiallarının mübadiləsini və birgə simpozium və konfransların təşkilini nəzərdə tutur..