BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Afinada "Avropanın enerji təhlükəsizliyi: İndiki vəziyyət, çağırışlar və imkanlar" adlı konfrans keçirilib

2022-06-27 16:30

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Yunanıstanın Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə Afinada "Avropanın enerji təhlükəsizliyi: İndiki vəziyyət, çağırışlar və imkanlar" adlı beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən Yunanıstan təşkilatının baş direktoru Georgios Mitrakos enerji bazarında baş verən son proseslər, mövcud çətinliklər və imkanlar barədə danışıb. Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov çıxışı zamanı Azərbaycanın Avropa İttifaqının vacib enerji tərəfdaşı kimi rolunu vurğulayıb. O həmçinin Azərbaycanın regionda həyata keçirdiyi vacib enerji layihələrinə toxunub.

Aİ-də qaz təchizatının diversifikasiyası: Aİ-nin enerji tərəfdaşlarının baxışları” adlı panel müzakirəsinə moderatorluq edən BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova enerji təhlükəsizliyi məsələləri və Aİ qaz bazarında son proseslər barədə məlumat verib. Müzakirələrdə iştirak edən BMTM-in eksperti Şahmar Hacıyev Aİ-də qaz təchizatçılarının diversifikasiyası və Cənubi Qaz Dəhlizinin roluna dair təqdimatla çıxış edib. O SQD-nin açdığı gələcək imkanlar barədə danışıb və xüsusilə Şərqi Avropa və Qərbi Balkan ölkələrinin bu layihədən daha çox faydalanacağını diqqətə çatdırıb.

Aİ-yə üzv və Şərq Tərəfdaşlığı ölkələrindən enerji ekspertlərinin və digər maraqlı şəxslərin iştirak etdiyi tədbirdə Avropa ölkələri üçün enerji təhlükəsizliyinin vəziyyəti və gələcəyinə dair müzakirələr davam etdirilib.