2024-cü ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu barədə qərar COP28-in 11 dekabr, 2023-cü ildə keç...
2024-cü ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu barədə qərar COP28-in 11 dekabr, 2023-cü ildə keçirilmiş plenar sessiyasında qəbul edilib. 2024-cü ilin 11-22 noyabr tarixlərində dövlət və hökumət başçıları, vətəndaş cəmiyyəti təşkilatları, bizneslər və beynəlxalq institutlar Cənubi Qafqazda bir araya gələrək iqlim dəyişikliyi, Paris Razılaşmasının şərtlərinin yerinə yetirilməsinin sürətləndirilməsi ilə bağlı müzakirələr aparacaq, həmçinin uzunmüddətli iqlim strategiyaları və hədəflərinə diqqət yetirəcəklər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi apardığı araşdırmaları ilə iqlim çağırışlarına qarşı həll yollarının hazırlanması, mövcud bazanın gücləndirilməsi və qərarvermə proseslərinin təkmilləşdirilməsi işlərinə öz töhfələrini vermişdir. Mərkəz tərəfindən Azərbaycanın enerji və yaşıl keçid siyasəti, COP29 hazırlıqları, habelə ölkəmizin COP29-la bağlı strategiyaları, öhdəlikləri və qlobal sammitin verdiyi imkanlar mövzularında çoxsaylı məqalələr, təhlillər və 2 kitab (“COP29 və Azərbaycanın töhfələri: Hökumət iqlim gündəmini necə dəstəkləyə bilər”; “Azərbaycanın COP29 Sədrliyinin icmalı: Prioritetlər və problemlər) dərc edilmişdir.
Eyni zamanda, yerli və beynəlxalq tərəfdaşlarla tədbirlər, seminarlar təşkil edilmişdir.