BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Deportasiya olunmuş şəxslərin repatriasiyası sülhün əldə olunması yolunda Azərbaycan üçün prioritet təşkil edir

2023-12-13 11:20

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin Türkiyənin “Daily Sabah” dərgisində ingilis dilində  “”Deportasiya olunmuş şəxslərin repatriasiyası sülhün əldə olunması yolunda Azərbaycan üçün prioritet təşkil edir” başlıqlı məqaləsi dərc edilib. Məqalədə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir dövrdə Azərbaycan prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibə verərək bildirib ki, Birinci Qarabağ müharibəsindən əvvəl Ermənistandan deportasiya olunmuş 300 min  azərbaycanlının repatriasiyası sülh razılaşmasında Azərbaycan üçün prioritet məsələlərdən biridir.  Müəllif yazır ki, Qarabağda əldə olunmuş qələbə 1987-ci ildən 1990-cı ilə kimi Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların geri qayıtması istiqamətində yeni qapı açıb. Bildirilir ki, azərbaycanlılar tarixən hazırda Ermənistan sərhədlərində yerləşən həmin bölgənin sakinlərdir. Müəllif yazıda Ermənistandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtmasını şərtləndirən əsas amillər və qarşıya çıxan risklər barədə yazır.

Daha ətraflı:

https://www.dailysabah.com/opinion/op-ed/azerbaijan-prioritizes-the-repatriation-of-expellees-for-peace

Müəllifin son məqalələri

09 Oktyabr 2025 - 16:44

Türk Dövlətləri Təşkilatının XII Zirvə Toplantısı: Müzakirə olunan əsas mövzular nələr idi?

26 Avqust 2025 - 15:59

Enerji və nəqliyyat sahəsində Türk oxu: Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı

20 Avqust 2025 - 18:06

Azərbaycan və Ermənistanın ABŞ-də əldə etdiyi razılaşmalar necə şərh olunmalıdır?