Təhlil

ENERJİ İCMALI-DEKABR 2019

Rusiyanın təbii qaz boru kəməri layihələri

FRANSA PREZİDENTİ AVROPA İTTİFAQININ XARİCİ SİYASƏTİNİ NECƏ DƏYİŞİR?- DEKABR 2019

Breksit və Almaniyadakı daxili siyasi çəkişmələr nəticəsində Avropa İttifaqında (Aİ) yaranan boşluqdan faydalanan Fransa Prezidenti Emmanuel Makron İttifaqı öz görüşlərinə uyğun olaraq formalaşdırmağa çalışır. Onun fəaliyyəti nəticəsində Aİ-nin xarici siyasətində əhəmiyyətli dəyişikliklər baş verir.

ÖZBƏKİSTANIN AVRASİYA İQTİSADİ BİRLİYİNƏ ÜZVLÜYÜ ÖLKƏYƏ NƏ VƏD EDİR?- DEKABR 2019

AİB-ə üzvlük Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın özünütəcrid siyasətindən imtinasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Rus və özbək rəsmilərinin son bəyənatları Özbəkistanın AİB-ə qoşulmağına dair siyasi qərarın verildiyini deməyə əsas versə də, üzvlüyün ölkəyə mümkün iqtisadi təsirlərinə dair ziddiyyətli fikirlər mövcuddur.

QONDARMA "ERMƏNİ SOYQIRIMI"NIN TƏBLİĞİNDƏ ERMƏNİ DİASPORUNUN ROLU- YANVAR 2020

Ermənistan vətəndaşları və erməni diasporunun iddialarına əsasən 1914-1923-cü illərdə Osmanlı İmperiyasında 1,5 milyon etnik erməni türklər tərəfindən öldürülmüşdür. “Kütləvi qırğın”a 1915-ci ilin aprelin 24-də 235-270 min erməni ziyalısının və icma başçısının fiziki məhvetməyə məruz qalması, eləcə də İstanbul və Ankara şəhərlərindən sürgün edilməsi ilə start verilmişdir.

İTALİYANIN DAXİLİ SİYASƏTİNDƏ MÜŞAHİDƏ OLUNAN QEYRİ-MÜƏYYƏNLİK - YANVAR 2020

İtaliyada 2019-cu ilin sentyabrında Cüzzepe Kontenin Baş Nazirliyi altında qurulmuş 5 Ulduz Hərəkatı (5UH) və Demokratik Partiyanın (DP) hakimiyyəti müxtəlif qəbildən olan problemlərin təzyiqi altındadır. Bir tərəfdən müxalif Matteo Salvininin Liqa Partiyasına xalq arasında artan dəstək və partiyanın regional seçkilərdə göstərdiyi müsbət nəticələrə görə hakim partiyalarda yaranan partiyadaxili narazılıqlar, digər tərəfdən də ölkənin iqtisadiyyatında yaşanan durğunluq erkən seçkilər ehtimalını gücləndirir.

ENERJİ İCMALI- YANVAR 2020

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir. Bu mənada Kipr-Yunanıstan-İsrail tərəfindən planlaşdırılan "EastMed” qaz kəmərinin inşasına dair razılığın əldə olunması bu istiqamətdə atılmış önəmli addımdır.

ŞOTLANDİYANIN MÜSTƏQİLLİK HAQQINDA İKİNCİ REFERENDUM TƏLƏBİ BİRLƏŞMİŞ KRALLIĞA NƏ VƏD EDİR?- YANVAR 2020

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular. Seçkidən dərhal sonra Şotlandiyanın Birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen seçkinin nəticələrinin onun hökumətinə müstəqillik haqqında yenidən referendum keçirməyə “danılmaz” mandat verdiyini elan etdi.

LİVİYA BÖHRANINDA DAXİLİ VƏ XARİCİ AKTORLARIN QARŞIDURMASI, GEOSTRATEJİ MARAQLAR - YANVAR 2020

Təhlildə Liviya böhranının mahiyyəti, daxili qüvvələr arasında gedən qarşıdurma, xarici aktorların qoşulması ilə böhranın vətəndaş müharibəsindən proksi müharibəsi xarakteri alması, beynəlxalq təşkilatların böhranın həlli ilə bağlı uğursuz cəhdləri və nisbi susqunluğu, regionda maraqlı qütblərin siyasi qarşıdurması arxasında duran enerji və iqtisadi maraqlar və s. kimi mühüm mətləblərə toxunulur, Türkiyə, Rusiya, BƏƏ və Misirin rolundan bəhs edilir.

Arktika uğrunda mübarizə və gələcək perspektivlər - yanvar 2020

İqlim dəyişiklikləri nəticəsində Şimal Buzlu Okeanda buzların əriməsi Arktikadan keçən nəqliyyat dəhlizindən və orada yerləşən karbohidrogen ehtiyatlarından istifadə imkanlarını artırır. Bu da Arktikanın strateji əhəmiyyətini artırmaqla yanaşı dünyanın böyük güclərini orada yerləşən ehtiyatlardan və nəqliyyat dəhlizlərindən istifadə ilə bağlı planlar qurmağa sövq edir.

AVSTRALİYADA FƏALİYYƏT GÖSTƏRƏN ERMƏNİ TƏŞKİLATLARI - FEVRAL 2020

Avstraliyada 50 minə yaxın erməni icmasının nümayəndəsi yaşayır. Erməni icmasının nümayəndələri həm Sidney, həm də Melburn şəhərlərində məskunlaşmış, icmanın elmi, mədəni və digər tələbatlarını ödəmək məqsədi ilə təşkilatlar yaratmışlar.

ABŞ DÖVLƏT KATİBİ MAYK POMPEONUN MƏRKƏZİ ASİYA SƏFƏRİ - FEVRAL 2020

ABŞ dövlət katibi Mayk Pompeo 2020-ci ilin 2-3 fevralında Mərkəzi Asiyaya səfər edib. Siyasi ekspert Azad Qəribli bununla bağlı hazırladığı təhlilində qeyd edir ki, Mayk Pompeonun Mərkəzi Asiya səfərinin nəticələri və açıqlanan yeni “Mərkəzi Asiya Strategiyası”na əsasən qarşıdakı illər ərzində ABŞ-ın Mərkəzi Asiyada fəallaşması və ya regional prioritetlərində önəmli dəyişiklər etməsi gözlənilmir. Vaşinqtonun yeni anti-Çin təbliğatı Pekinlə investisiya, ticarət və kredit kimi bir neçə sahədə dərin əlaqələri olan Mərkəzi Asiya ölkələrinin xarici siyasətində ciddi dəyişiklik etmək perspektivinə malik deyil.

KHOJALY GENOCIDE-BRIEF OVERVIEW IN Q&A- FEBRUARY 2020

The first public debate between Azerbaijan’s President Ilham Aliyev and Armenian Prime Minister Nikol Pashinyan was held on the sidelines of the Munich Security Conference on 15 February 2020. This debate manifested the continued dispute over many historical issues, including recent events, such as the tragedy in the town of Khojaly in the Nagorno-Karabakh region of Azerbaijan. Although the ruthless massacre of Khojaly residents has been well documented by authoritative international observers, Armenian nationalists still do not shy away from falsifying even the most recent history and denying their responsibility. The Center of Analysis of International Relations has prepared a short review of the Armenian allegations and Center’s brief responses to them.

Digər xəbərlər

06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
253
06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
423
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
264