Yunis Qurbanov
Baş məsləhətçi
yunis.g@aircenter.az
Yunis Qurbanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənətin İdarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi, Beynəlxalq Münasibətlər ixtisası üzrə isə magistr dərəcəsi almışdır. O, həmçinin Almaniyanın Fridrix-Şiller Universitetində İdarəetmə və Siyasi Elmlər, Julius-Maksimilians-Vürzburq Universitetində Avropa Hüququ üzrə magistratura təhsili keçmişdir. ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai İdarəçilik Məktəbində də magistr dərəcəsinə yiyələnmişdir. Yunis Qurbanov Almaniyanın Köln Universitetində Siyasi Elmlər üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almış və həmin universitetin Beynəlxalq Siyasət və Xarici Siyasət İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. O, həmçinin Nyu-Yorkdakı Kolumbiya Universitetinin Harriman İnstitutunda və Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırmaları Mərkəzində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda Yunis Qurbanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş məsləhətçi vəzifəsində çalışır. Onun son nəşr olunan kitabı "Xəzər regionunda geosiyasət və enerji diplomatiyası: Sovet İttifaqının süqutundan sonrakı proseslər" adlanır.


