
Şahin Yusifli
Aparıcı məsləhətçi
shahin.yusifli@aircenter.az
(+994 12) 596-82-39
Yusifli Şahin Kamal oğlu Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavr pilləsini “şərqşünas (İran üzrə)” ixtisası üzrə, magistr pilləsini “Filologiya (fars ədəbiyyatşünaslığı)” ixtisası üzrə bitirib. AMEA-nın Şərqşünaslıq İnstitutunun “İran dilləri” ixtisası üzrə dissertantıdır. Azərbaycan Dövlət Tərcümə Mərkəzində tərcüməçi-mütəxəssis, Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasında laborant, böyük laborant, müəllim kimi fəaliyyət göstərib. Hazırda BDU-nun Şərqşünaslıq fakültəsində dekan müavini vəzifəsini tutmaqla yanaşı, BMTM-də aparıcı məsləhətçi vəzifələrini daşıyır. Tədqiqat sahəsini İran və Əfqanıstanda gedən siyasi proseslərin analizi, İran-Azərbaycan münasibətlərinin regional aspektləri, Əfqanıstanın beynəlxalq vəziyyəti kimi problemlər təşkil edir.