BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Fərid Şəfiyev

Səfir, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri


info@aircenter.az

(+994 12) 596-82-39

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı Dövlət Universitetində tarix və hüquq üzrə ali təhsil alıb. 2002-2003-cü illərdə ABŞ-nin Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Kanadanın Karlton Universitetində tarix üzrə elmlər doktoru dərəcəsi qazanıb.

1987-1989-cu illərdə hərbi xidmət keçən Fərid Şəfiyev peşəkar fəaliyyətinə 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya və Arxeologiya İnstitutunda başlayıb. 1996-cı ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində çalışaraq hərbi-siyasi məsələlər və BMT ilə iş üzrə şöbələrdə fəaliyyət göstərib.

1998-2001-ci illərdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində, 2005-2009-cu illərdə isə Kanadadakı səfirliyində çalışıb. 2009-cu ildə Azərbaycanın Kanadadakı səfiri vəzifəsinə təyin olunub və 2014-cü ilin iyun ayınadək bu vəzifəni icra edib. Həmin ilin iyun ayından 2019-cu ilin fevralınadək Azərbaycanın Çexiyadakı səfiri kimi fəaliyyət göstərib.

2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.

Fərid Şəfiyev çoxsaylı məqalələrin, müstəqil şərhlərin (op-ed) və bir sıra akademik nəşrlərin, o cümlədən 2018-ci ildə McGill-Queen’s University Press tərəfindən nəşr olunmuş “Sərhəd bölgələrinin köçürülməsi: Cənubi Qafqazda məskunlaşma siyasəti və etnik münaqişə” adlı kitabın müəllifidir.

Fərid Şəfiyev Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2026-cı il tarixli, 601 nömrəli Fərmanı ilə yenidən təşkil olunan Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təyin edilib.

Hazırda ADA Universitetində beynəlxalq münasibətlər və xarici siyasət istiqamətləri üzrə akademik fəaliyyət göstərir.

Son məqalələr