BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Cavid Vəliyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü


javid.valiyev@aircenter.az

(+994 12) 596-82-39

Cavid Vəliyev, 1998-2002-ci illərdə Türkiyənin Egey Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr,  Ankara Universiteti Beynəlxalq münasibətlər fakültəsində doktorantura dərəcələrinə yiyələnib. Cavid Vəliyev 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzində (TUSAM) işləyib. 2009-2019-cu illər arasında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb və 2015-2019-cu illərdə mərkəzin xarici siyasət şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda, mərkəzin Türkiyə üzrə mütəxəssisi  vəzifəsini də icra edib. 2017-2019 illərdə ingilis dilində nəşr olunan "Caucasus International" jurnalının redaktoru olub və ATƏT-in Düşüncə Mərkəzi və Akademik Təsisatlar Şəbəkəsinin Bakıdakı nümayəndəsi kimi fəaliyyət göstərib. Bununla yanaşı, 2019-cü ildən etibarən Xəzər universiteti, Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin müəllimi vəzifəsində işləyir.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Tərəqqi” medalı, (10.11.2017) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, (25.07.2019) medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 mart 2025-ci il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilmişdir.

 

Monoqrafiyaları

Türkiyə-Ermənistan Protokolları: Udan Kim Uduzan Kim?, (azərbaycan dilində), (Bakı, 2010).

Türkiyə-Azərbaycan Strateji Münasibətlərinin tarixi və müasir əsasları (1991-2018), ( türk dilində). (İstanbul, 2020).

Erməni millətçi irredentizmi və Qarabağ Müharibələri, (Azərbaycan dilində), (Bakı, 2024).

Həmmüəllifi olduğu kitablar

Cənubi Qafqaz: enerji, geosiyasi rəqabət və ərazi bütövlüyü, (Türk dilində, Ankara, 2011)

Azerbaycan-Türkiye: dostluk, kardeşlik ve strateji ortaklık, (Ankara, 2012)

Azərbaycan xarici siyasəti: 1991-2017, (Azərbaycan dilində,), (Bakı, 2019),

Azərbaycan-İran əməkdaşlığı: əsas istiqamətlər və imkanlar, (azərbaycan dilində), (Bakı, 2018).

Müəllifi olduğu elektron hesabatlar

Azərbaycan-Türkiyə-Gürcüstan: Regional əməkdaşlıq formatının uğurlu nümunəsi,  (türk və ingilis dillərində), (İstanbul, 2015)

Mənbə və Tranzit ölkə olaraq Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi, (türk dilində) (Ankara, 2022)

Türkiyənin Anadolu Agentliyi, “Daily Sabah” (ingilisdilli) qəzeti "Hurriyetdailynews" (İngilisdilli), "Yeni Şafak", "Cümhuriyyət", “Milliyet” qəzetlərində, ABŞ-da nəşr olunan "Eurasia Daily Monitor", "National Interest" kimi internet jurnallarında Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münasibətləri haqqında qısa məqalələr yazır.

 

Son məqalələr