BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Yekaterinburqda "COP29 Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi amili kimi" mövzusunda dəyirmi masa keçirilib

2024-10-22 14:23

Rusiyanın Yekaterinburq şəhərində “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı (COP 29) Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi amili kimi” mövzusunda onlayn dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun vasitəçiliyi ilə Rusiya Avropa-Asiya Araşdırmaları Mərkəzinin və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil olunan dəyirmi masanı baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev açıb.

Avropa-Asiya Araşdırmaları Mərkəzinin direktoru Andrey Rusakovun moderatorluğu ilə davam edən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Murad Məmmədov, Mərkəzin aparıcı məsləhətçisi Roza Bayramlı, “Anyway Law” beynəlxalq konsaltinq şirkətinin Rusiya ofisinin rəhbəri Andjey Sapegin, Avropa-Asiya Araşdırmaları Mərkəzinin eksperti, Sverdlovsk vilayəti Hökuməti Aparatının rəhbərinin birinci müavini Vadim Dubiçev və Yekaterinburq Ekspert Klubunun rəhbəri, Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin Siyasi elmlər kafedrasının professoru Anatoli Qaqarin çıxış ediblər.

Natiqlər bir neçə həftə sonra Bakı şəhərində keçiriləcək COP29 ərəfəsində dəyirmi masanın əhəmiyyətindən, dünyadakı iqlim problemlərindən bəhs edib, Azərbaycanın və Rusiyanın sözügedən mövzuya verdikləri xüsusi əhəmiyyəti, həmçinin birgə əməkdaşlığı ətrafında müzakirələr aparıblar. Həmçinin müzakirələr zamanı qarşıya çıxan suallar cavablandırılıb.

https://azertag.az/xeber/yekaterinburqda_cop29_un_rusiya_azerbaycan_emekdasliginin_genislendirilmesi_amili_kimi_movzusunda_muzakireler_aparilib-3240980

Müəllifin son məqalələri

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib

09 Dekabr 2024 - 10:31

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - NOYABR 2024