BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Xəzərdən Sakit okeana: Azərbaycan və Çin yeni geosiyasi xətt qurur

2025-05-03 16:34

BMTM-in eksperti Vüsal Quliyevin “Xəzərdən Sakit okeana: Azərbaycan və Çin yeni geosiyasi xətt qurur” sərlövhəli məqaləsi Caspine-Alpine Society nəşrində dərc edilib.

Məqalədə Prezident İlham Əliyevin bu ilin 22-24 aprel tarixlərindəki Çin səfərinin geosiyasi və iqtisadi əhəmiyyətinə diqqət çəkilir. Bildirilir ki, bu səfər çərçivəsində imzalanan "Hərtərəfli Strateji Tərəfdaşlıq" haqqında Birgə Bəyannamə Azərbaycan- Çin əlaqələrini yeni mərhələyə daşıyaraq Azərbaycanın Çin üçün mühüm tərəfdaş olmaqla yanaşı, həm də Avrasiyanın mərkəzində yüksələn bir geosiyasi mərkəz kimi rolunu vurğulayır.

V. Quliyev qeyd edir ki, Azərbaycan üçün bu strateji yaxınlaşma xüsusilə əhəmiyyətlidir:

“Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra və Rusiya, Türkiyə və İran arasında formalaşmaqda olan üçtərəfli dinamikalar fonunda Bakı öz xarici siyasətini şaxələndirməyə, regional dəyişkənliyə qarşı həssaslığını azaltmağa və qlobal səviyyədə öz subyektivliyini gücləndirməyə çalışır. Qlobal güc mərkəzinə çevrilməkdə olan və Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda təsir imkanları olan Çinlə əlaqələrin möhkəmləndirilməsi bir sıra hədəflərə nail olmağa xidmət edir: siyasi dəstək qazanmaq, iqtisadi imkanları genişləndirmək və Azərbaycanın etibarlı tranzit və enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək”.

Səfər çərçivəsində imzalanan razılaşmaları şərh edən müəllif əlavə edir ki, Çin Azərbaycanın əlverişli geosiyasi mövqeyindən istifadə edərək ticarət və enerji marşrutlarını diversifikasiya etmək və daha dayanıqlı hala gətirmək niyyətindədir.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://caspian-alpine.org/from-the-caspian-to-the-pacific-azerbaijan-and-china-forge-a-new-geopolitical-arc/

Müəllifin son məqalələri

21 Oktyabr 2026 - 11:43

Azərbaycan, Qazaxıstan və Çin Orta Dəhliz üzrə logistika sahəsində əməkdaşlığı əlaqələndirir

21 Oktyabr 2026 - 09:43

Cənubi Koreya Mərkəzi Asiya ilə çoxşaxəli əlaqələrini genişləndirir

10 Sentyabr 2026 - 12:24

Azərbaycan-Qırğızıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlir