BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

"Ukrayna və Azərbaycan əlaqələrini iqtisadi əlaqələrdən daha çox dərinləşdirmək niyyətindədirlər"

2022-02-03 15:51

 ABŞ-ın nüfuzlu “The National Interest” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Ukrayna və Azərbaycan əlaqələrini iqtisadi əlaqələrdən daha çox dərinləşdirmək niyyətindədirlər” başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olur ki, son 30 il ərzində Ukrayna və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən iqtisadi, siyasi, hərbi və humanitar sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Kiyevə səfəri və “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin”, eləcə də digər mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələrin strateji əhəmiyyətini bir daha nümayiş etdirib: "Xüsusən qeyd etməliyik ki, imzalanmış sənədlər arasında ərzaq təhlükəsizliyi, aqrar sahədə əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində əməıkdaşlıq diqqətə çarpan məqamlardandır. Ərzaq təhlükəsizliyi Azərbaycan üçün strateji prioritetdir və ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığı rəsmi Bakı üçün son dərəcə vacibdir".

Məqalədə qeyd olunur ki, enerji sahəsində də Ukraynanın Naftoqaz və SOCAR arasında əməkdaşlıq daha da genişlənəcək. Belə ki, Ukrayna tərəfi Azərbaycandan təbii qaz idxal etməkdə maraqlıdır: "Bundan əlavə, Ukrayna Azərbaycan təbii qazının TANAP kəməri ilə Ukraynaya nəqli imkanlarını da Türkiyə ilə artıq müzakirə edib. Bunu nəzərə alaraq deyə bilərik ki, Bakı-Ankara-Kiyev əməkdaşlığı Ukraynanın uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək üçün effektiv mexanizm ola bilər".

Sonda Şahmar Hacıyev qeyd edir ki, rəsmi Bakı QDİƏT və GUAM formatları çərçivəsində ticarət həcminin daha da artırılmasında və iqtisadi əməkdaşlığın intensivləşdirilməsində maraqlıdır. Bu baxımdan, Türkiyə-Ukrayna-Azərbaycan münasibətlərinin daha da yaxınlaşması üçtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq, Xəzər və Qara dəniz regionlarında iqtisadi fəallığı və təhlükəsizliyi gücləndirməyə töhfə vərəcək. 

https://nationalinterest.org/blog/buzz/ukraine-and-azerbaijan-aim-deepen-more-economic-relations-200329

 

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir