BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Üçüncü tərəflərin neytrallığı Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə uzadır?

2020-09-30 17:15

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Euractiv” portalında “Üçüncü tərəflərin neytrallığı Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə uzadır?” başlıqlı məqaləsi dərc olunub. Məqalədə xüsusilə beynəlxalq ictimaiyyətin və vasitəçilərin “balanslı yanaşma” siyasətinə diqqət çəkilir və bildirilir ki, Sovet ittifaqının dağılmasından və Ermənistanla Azərbaycan arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsindən sonra beynəlxalq vasitəçilər, siyasətçilər və ekspertlər münaqişənin həllinə dair həll yolu axtarırlar. Müəllif qeyd edir ki, sülh danışıqları üzrə klassik nəzəriyyə münaqişə tərəfləri arasında neytrallığın qorunmasını vacib hesab edir, lakin sülh prosesinin yol xəritəsi münaqişənin səbəbini anlamalı, narazılıqları bilməli və münaqişə tərəflərinin məqsədlərini öyrənməlidir. 

Fərid Şəfiyev bildirir ki, “balanslı yanaşma” bəzi hallarda yalnız münaqişənin uzanmasına və mövcud status kvodan razı qalan tərəfin maraqlarına xidmət edir.

Müəllif yazır ki, 1997-ci ildə dünyada 3 əsas aktor olan Rusiya, ABŞ və Fransa Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlarla bağlı ATƏT-in Minsk qrupu tərkibində həmsədrlik institutunu təsis ediblər: “Hər 3 dövlətdə böyük erməni icması yaşayır. ATƏT-in Minsk qrupunun prinsipial çatışmazlığı ondan ibarətdir ki, onlar Dağlıq Qarabağın yekun statusunu özündə birləşdirən yeni formul axtararaq BMT TŞ-nin məlum qətnamələrindən uzaqlaşıblar. Uğurlu formul tapmaq istiqamətində cəhdlərdən sonra 2007-ci ildə Madrid prinsiplərini təklif etdilər və 2009-cu ildə onları  yenilədilər. Madrid prinsipləri münaqişənin mərhələli həllini- ilk olaraq Dağlıq Qarabağ ətrafında Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını, nəqliyyat və kommunikasiyanın bərpasını özündə birləşdirsə də Dağlıq Qarabağın yekun statusunu sonuncu mərhələdə həll etməklə açıq saxlayır”.

Müəllif bildirir ki, Azərbaycan 2005 və 2010-cui illərdə dəfələrlə işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət, o cümlədən məskunlaşma siyasəti ilə bağlı həmsədrlərə müraciət etsə də onlar “balanslı” bəyanatlarla kifayətləniblər. Bununla yanaşı onlar 2010-cu ildə qanunsuz məskunlaşma ilə bağlı faktaraşdırıcı missiyanın rəsmi nəticələrini dərc etməkdən imtina ediblər və bunu da sülh prosesinə xələl gətirəcəyi ilə əsaslandırıblar.  Bu “balanslı siyasət” illərlə işğalın möhkəmlənməsi üçün rəsmi Yerevanın xeyrinə işləyib  və onlarda ümid yaranıb ki, tez və ya gec rəsmi tanınma da başlayacaq.

Fərid Şəfiyev bildirir ki, məhz bu “balanslı yanaşma” nəticəsində vasitəçilər və beynəlxalq ekspertlər münaqişəni uzadıblar və nəticədə münaqişə 2020-ci ilin iyulunda yenidən alovlanıb: “28 illik atəşkəs rejimi və danışıqlardan sonra “balanslı yanaşma” prinsipi ölü nöqtəyə çatıb. BBC-də  “HARDtalk” verilişinin aparıcı Stiven Sakurun Ermənistan Baş naziri Nikol Paşinyanla müsahibədə dediyi kimi, hazırki təxribatçı addımlar və ritorikalar danışıqlar prosesini pozmağa və işğal edilmiş Azərbaycan torpaqlarının ilhaqına xidmət edir. Azərbaycana gəldikdə həm hökumət, həm də cəmiyyət danışıqlar prosesinin dalana dirəndiyinin fərqindədir. 14 iyul tarixində Bakıda kütləvi mitinq zamanı da cəmiyyət Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını təkidlə tələb edirdi”.

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/how-third-parties-neutrality-protracts-the-armenia-azerbaijan-conflict/

Müəllifin son məqalələri

21 Avqust 2024 - 14:14

Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır