BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin beyin mərkəzlərinin 8-ci forumu keçirilib

2022-10-18 16:08

14-15 oktyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin xarici siyasət araşdırmaları üzrə rəsmi beyin mərkəzlərinin 8-ci forumu keçirilib. Panel müzakirələri TDT məkanında ticarət-iqtisadi əməkdaşlığın inkişafına və nəqliyyat-loqistika qarşılıqlı əlaqəsinə həsr olunub.

Forum çərçivəsində həmçinin TDT ölkələrinin analitik mərkəzləri arasında Anlaşma Memorandumunun imzalanıb. Sənəd təşkilat daxilində gələcək inteqrasiya prosesini asanlaşdırmaq məqsədilə iştirakçılar arasında müntəzəm təmasların davam etdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafı üçün şərait yaratmaq məqsədi daşıyır.

Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu tərəfindən təşkil olunan forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstanın aparıcı beyin mərkəzlərinin 60-dan çox tanınmış eksperti, o cümlədən TDT Katibliyinin nümayəndə heyəti iştirak edib.

Azərbaycanı adıkeçən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Cavid Vəliyev və aparıcı məsləhətçisi Nağı Əhmədovdan ibarət nümayəndə heyəti təmsil edib.

Müəllifin son məqalələri

24 İyul 2026 - 16:51

Mətbuat və ictimaiyyət nümayəndələrinin diqqətinə

22 İyul 2026 - 14:34

Fərid Şəfiyev Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı beynəlxalq seminarda çıxış edib

17 İyul 2026 - 15:33

907-ci düzəlişin ləğvi qarşısındakı maneələr