BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Türk Dövlətləri Təşkilatı Avrasiyada vacib geosiyasi aktora çevrilir

2025-06-10 15:21

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Türk Dövlətləri Təşkilatı Avrasiyada vacib geosiyasi aktora çevrilir” sərlövhəli məqaləsi “Commonspace” nəşrində dərc edilib.

Məqalədə Türk Dövlətləri Təşkilatının (TDT) 2025-ci ilin 20-21 may tarixlərində  Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə toplantısının təfərrüatları nəzərdən keçirilir. Müəllif bildirir ki, müşahidəçi dövlət tərəfindən ilk dəfə keçirilən bu sammit Macarıstanın Türk dünyası ilə Avropa arasında körpü rolunda çıxış edə biləcəyini nümayiş etdirdi.

“Sammitin yekununda qəbul edilən Budapeşt Bəyannaməsi isə təşkilatın birliyə, əməkdaşlığa və qlobal çağırışlara cavab verməyə sadiqliyini bir daha təsdiqlədi”.

V. Hüseynov məqalədə təşkilatın keçdiyi tarixi mərhələlər, institusionallaşma istiqamətində atılan addımlar barədə məlumat verir. O qeyd edir ki, “Türk Dünyası 2040 Vizyonu” sənədində əksini tapan strateji baxış qarşılıqlı etimad, siyasi həmrəylik, iqtisadi inteqrasiyaya əsaslanır və təşkilatı üzv dövlətlərin üzləşdiyi xarici təzyiqlərə qarşı əhəmiyyətli bir dayağa çevirir.

Azərbaycanın xarici siyasətində TDT-yə verdiyi önəmi vurğulayan müəllif qeyd edir ki,  bu yanaşma xüsusilə 2020-ci ildə İkinci Qarabağ Müharibəsində əldə edilmiş qələbədən sonra daha da aktuallaşır.

V. Hüseynov, həmçinin TDT üzv dövlətlərinin təhlükəsizlik, iqtisadi, bağlantılar, mədəni-humanitar sahələrdəki əlaqələrinə də nəzər salır.

“Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün TDT regional ittifaqdan daha çox məna kəsb edir. Xarici təhdidlərə qarşı strateji sipər və müstəqilliyi möhkəmləndirmək üçün platformadır. Siyasi həmrəyliyi, iqtisadi inteqrasiyanı və mədəni birliyi gücləndirməklə təşkilat öz üzvlərinə hər hansı güc bloku ilə birləşmədən çoxqütblü dünyada davam gətirmək imkanı təqdim edir”.

Yekunda müəllif əlavə edir ki, TDT institusional imkanlarını və beynəlxalq mövcudluğunu genişləndirməyə davam etdikcə, onun geosiyasi təzyiqlərə qarşı tarazlaşdırıcı rolu daha da artacaq, həmçinin türk dünyasının formalaşmaqda olan qlobal nizamdakı yerini möhkəmləndirəcək.

https://www.commonspace.eu/opinion/organization-turkic-states-emerging-key-geopolitical-actor-eurasia

Müəllifin son məqalələri

10 İyun 2025 - 15:21

Türk Dövlətləri Təşkilatı Avrasiyada vacib geosiyasi aktora çevrilir

30 May 2025 - 14:51

Azərbaycanla durğun münasibətlər fonunda Rusiya Ermənistanla əlaqələri gücləndirməyi hədəfləyir

21 May 2025 - 10:25

Erməni işğalının "mirası" : Azərbaycanın bərpa prosesində üzləşdiyi böyük çətinliklər