BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

The London Post: "Azərbaycan və Ermənistan arasında barışıq prosesi davamlı sülhün açarıdır”

2021-03-10 10:08

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin İngiltərənin  “The London Post” saytında “Azərbaycan və Ermənistan arasında barışıq prosesi davamlı sülhün açarıdır” başlıqlı məqaləsi dərc olunub.

Müəllif yazıda qeyd edir ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə regional təhlükəsizlik və iqtisadi inteqrasiya üçün əsas təhlükə idi. Uzun müddət Minsk Qrupunun vasitəçiliyi ilə aparılan diplomatik danışıqların nəticəsiz olduğunu vurğulayan müəllif bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Madrid prinsiplərini şübhə altına almasından sonra Azərbaycanın yeganə yolu öz ərazi bütövlüyünü uğurlu hərbi əməliyyatlar vasitəsi ilə bərpa etmək olub. 

Qeyd olunur ki, sülh bəyannaməsinin imzalanmasından sonra Rusiya davamlı sülhün əsas təminatçısı kimi öz sülhməramlı qüvvələrini münaqişə zonasına göndərib. Öz növbəsində, Türkiyə də Qarabağdakı atəşkəsə nəzarət edilməsi üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə sülh prosesinə qoşulmuş olub.

 Şahmar Hacıyev qeyd edir ki,  Azərbaycan artıq azad edilmiş ərazilərin bərpası və bölgədəki bütün infrastrukturun inkişafı üçün genişmiqyaslı bir proqrama başlayıb. Azad edilmiş ərazilərdə bərpa və inkişaf proseslərini həyata keçirmək üçün Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxs yaradılıb.

Müəllifin fikrincə, regiondakı bütün müsbət iqtisadi inkişaflara baxmayaraq, gələcək sabitlik üçün hələ  də təhlükələr mövcuddur və bu, əsasən erməni cəmiyyətinin və keçmiş siyasətçilərin məğlubiyyəti qəbul etmək istəməməsi və revanşizm çağırışı etmələri ilə bağlıdır. Qeyd olunur ki,  Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media təşkilatının nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı Ermənistandakı “revanşist düşüncələrə” toxunaraq deyib ki, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq.

http://thelondonpost.net/the-azerbaijani-armenian-reconciliation-process-is-key-for-durable-peace/

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir