BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və INASS arasında Anlaşma Memorandumu imzalanıb

2023-12-23 15:33

2023-cü il dekabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzi (INASS) institutlararası əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalamışdır. Sənəd BMTM-in İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev və INASS-ın baş direktoru Dr. Mutaz Muhi Əbdülhəmid tərəfindən imzalanıb.

Memorandum elmi ədəbiyyat və nəşrlərin mübadiləsini, həmçinin birgə simpozium və konfransların təşkilini nəzərdə tutan əməkdaşlıq çərçivəsini müəyyən edir.

Eyni zamanda, bu sənədin imzalanması Azərbaycan Respublikası ilə İraq Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş birgə niyyətin ifadəsidir.

Müəllifin son məqalələri

11 İyun 2026 - 14:07

“Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbir keçirilib

10 İyun 2026 - 16:19

ABŞ xarici siyasətinin qlobal və regional aspektləri

08 İyun 2026 - 11:29

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycan Orta Güc statusu və C6 formatının artan qlobal çəkisi müzakirə edilib