BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

TAP layihəsi işə düşdü

2020-11-20 11:28

BMTM-in mütəxəssisi Şahmar Hacıyevin “Euractiv” nəşrində  Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin işə düşməsi barədə məqaləsi dərc olunub. Müəllif qeyd edir ki, TAP Boru kəməri türk-yunan sərhədindən başlayır və Yunanıstan, Albaniya və İtaliyanın cənub hissəsindəki son təyinat məntəqəsinə qədər uzanır:  “Boru kəmərinin ilkin gücü ildə 10 milyard kubmetr təbii qaz olacaq və gələcəkdə bu həcm 20 milyard kubmetrə qədər artıracaq. TAP vasitəsi ilə ildə 8 milyard kubmetr qaz İtaliyaya, qalan 2 milyard kubmetr isə Yunanıstan və Bolqarıstana nəql olunacaq”.

Müəllif yazır ki,  2020-ci il TAP boru kəməri üçün əlamətdar bir il  olub. Belə ki,  2020-ci ilin oktyabr ayında TAP Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı boru kəməri qəbul terminalına qədər təbii qazla dolduruldu.  Nəhayət ki, 15 Noyabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri tamamlandı və ticarət fəaliyyətinə başladı: “Nə  COVID-19 pandemiyası, nə də Dağlıq Qarabağ müharibəsi Azərbaycanın TAP layihəsini yekunlaşdırmasına mane ola bilmədi və ilk Azərbaycan qazı artıq Avropa istehlakçılarına nəql edilib.  Təxmini dəyəri 4,5 milyard avro olan TAP boru kəməri, Xəzər dənizindəki Şahdəniz 2 qaz yatağından (SD2 )Avropa istehlakçılarına qaz nəql etmək üçün yeni bölgələrarası ixrac qaz kəməridir”. 

https://www.euractiv.com/section/azerbaijan/opinion/the-news-you-possibly-missed-tap-pipeline-up-and-running/

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir