BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Rusiyanın regional hegemonluğunun zəiflədiyi Cənubi Qafqazı təlatümlü dövr gözləyir

2023-03-31 12:47

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun ABŞ-ın “The National Interest” nəşrində “Rusiyanın regional hegemonluğunun zəiflədiyi Cənubi Qafqazı təlatümlü dövr gözləyir” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazır ki, dünyanın diqqəti ilk növbədə Rusiya-Ukrayna məsələsinə yönəldiyi bir vaxtda regionda digər narahatedici hadisələr baş verir. Onun sözlərinə görə, İran hərbi qüvvələrini Azərbaycanla sərhəddə cəmləşdirir və Naxçıvan yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşır. Bununla yanaşı martın 11-də İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca fasiləsiz uçuş həyata keçirməsi barədə məlumat verilir. Müəllifin fikrincə, bu təxribatçı hadisələr regional status-kvondan nəzərəçarpacaq dərəcədə uzaqlaşma deməkdir. Vasif Hüseynov son aylar İran-Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində baş vermiş hadisələri sadalayır və bu hadisələrin iki ölkə arasında gərginliyi əhəmiyyətli dərəcədə artırdığını və şiddətli qarşıdurmanın baş verə biləcəyi ilə bağlı narahatlıqların yarandığını qeyd edir.

Ətraflı: https://nationalinterest.org/feature/turbulent-times-ahead-south-caucasus-russia%E2%80%99s-regional-hegemony-erodes-206363

Müəllifin son məqalələri

15 Dekabr 2025 - 09:59

Azərbaycan 2025-ci ildə postmünaqişə mərhələsinin yol xəritəsini formalaşdırdı

08 Dekabr 2025 - 09:52

Avropa İttifaqı C5 formatını artıq C6 kimi qəbul etməlidir

12 Noyabr 2025 - 11:10

Tanklarda deyil, avtomobillərdə: Azərbaycanlıların Ermənistana dinc qayıdışı