BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır

2023-11-15 16:32

"Cənubi Qafqaz xarici müdaxilədən yalnız region ölkələrinin bir-birinə səmimi şəkildə hörmət etdiyi və barışdığı, və başqa yerdən himayədar axtarmağı dayandırardığı halda xilas ola bilər". Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-ın nüfuzlu "The National Interest" dərgisində dərc olunmuş "Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır" başlıqlı məqaləsində yazır.  Müəllif qeyd edir ki, Azərbaycanın Qarabağ regionunda tam suverenliyini bərpa etməsi ilə 30 illik münaqişə başa çatıb, lakin sülhə aparan yol isə hələ davam edir. 
Fərid Şəfiyev həmçinin bildirir ki, bir sıra ölkələr regionun yenidən düzənlənməsindən danışarkən əsasən hərbi və iqtisadi müttəfiqlər olan  Ermənistan-Rusiya əlaqələrinə fokuslanırlar. Lakin müəllif vurğulayır ki, Ermənistan hələ də Qərbin sanksiya siyahısına daxil edilmiş bir sıra malların Rusiyaya çatdırılmasını davam etdirir: "Ermənistan Rusiya iqtisadiyyatından çox asılıdır, Ticarəti dövriyyəsi 4,6 milyard dollar təşkil edir və bunun əsas payı Moskvanın artıq birbaşa ala bilmədiyi Qərb məhsullarının Ermənistan vasitəsi ilə almasının üzərinə düşür". 
Müəllif bildirir ki, Yerevanla Moskva arasında indiki mübahisənin əsas səbəbi  Rusiyanın Ermənistanın Qarabağ bölgəsindəki irredentist avantürasını dəstəkləməkdə davam edəcəyinə dair gözləntiləri ilə bağlıdır.
Fərid Şəfiyev qeyd edir ki, hazırda diqqətin Ermənistan ətrafındakı vəziyyətə və Azərbaycanı Naxçıvanda birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə yönəldildiyi bir vaxtda bir sıra xəbər agentlikləri və ekspertlər yeni gərginlik təhlükəsi barədə xəbərdarlıq edirlər. Onun sözlərinə görə, Azərbaycanın Zəngəzuru "zəbt etmək" planı ilə bağlı iddiaları səsləndirənlər aşağıdakı məqamları diqqətə almalıdır: "Birincisi, tərəflər arasında münaqişə təxminən 35 il əvvəl Ermənistanda baş qaldırmış "miatsum" (birləşmə)  ideyaları ilə başlayıb və bu da onu göstərir ki, münaqişənin əsas səbəbi Ermənistanın ərazi iddialarıdır. İkincisi, bütün fəaliyyətlər və dağıntıların 99 faizi münaqişədən ən çox zərər çəkmiş tərəf olan Azərbaycan ərazisində baş verib. Üçüncüsü, ilk tam etnik təmizləmə 1988-89-cu illərdə Ermənistanda baş verib və orada heç bir azərbaycanlı qalmayıb. Dördüncüsü, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə ilə beynəlxalq hüquq Azərbaycanın tərəfində olub. 
Azərbaycanın Ermənistan ərazilərini ələ keçirmə planına dair davamlı hekayələr Azərbaycan tərəfindən dəfələrlə rədd edilib və hətta ABŞ rəsmiləri tərəfindən saxta olduğu bildirilib və bu plan regionda heç kimə xidmət etmir".
Müəllif əlavə edir ki, hər iki ölkə regiona davamlı sülh gətirmək üçün səy göstərməlidir. Bu isə qətiyyətli dəstəyə və ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi əsasında baş verə bilər: "Bundan əlavə, münaqişə həm xalqlarda, həm də hökumətlərdə dərin emosional izlər buraxıb və ictimaiyyət barışığı təşviq etmək üçün birlikdə çalışmalıdır. Burada beynəlxalq aktyorlar da Britaniya-İrlanda dialoqu, Balkan Platforması və digər bənzər sülh yaratma təşəbbüskəri kimi təcrübələrlə dəstək verə bilərlər". 

​Qeyd olunur ki, qaçqınlar və məcburi köçkünlər məsələsi hər iki ölkə üçün yük olaraq qalır və Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin taleyini diqqət mərkəzində saxlayan bəzi ölkələr onları öz evlərinə qayıtmağa çağırır. 
Müəllif yazır ki, qaçqınlar məsələsinə vahid yanaşma lazımdır və bu məsələdə azərbaycanlıların Ermənistana geri qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı da  nəzərə alınmalıdır. 
"Nəqliyyat layihələri və digər iqtisadi təşəbbüslər müharibənin yaratdığı maneələri aradan qaldıra bilər. Bu sahədə səylər Ermənistan-Azərbaycan kontekstindən kənara çıxmalıdır. Bu baxımdan Gürcüstanın mühüm vasitəçi kimi çıxış edə biləcəyi Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatı perspektivli görünür. Nəticə etibarilə region ölkələri Cənubi Qafqaza söz sahibi olmaq rollarını yenidən öz əllərinə almalıdırlar",- deyə Fərid Şəfiyev bildirir.  

https://nationalinterest.org/feature/geopolitical-shift-russia%E2%80%99s-backyard-depends-countries-themselves-not-external-powers-207202

Müəllifin son məqalələri

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır

15 May 2023 - 15:14

Ərazi bütövlüyünün eroziyası beynəlxalq təhlükəsizliyə təhdid kimi