Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Anadolu Agency” nəşrində “Regional sülhə nail olmaq üçün Ermənistan konstitusiyasını yenidən nəzərdən keçirməlidir” başlıqlı məqaləsi dərc edilib. Müəllif bildirir ki, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və gələcəkdə mənfi təzahürlərlə üzləşməməsi üçün ilkin şərt Ermənistan konstitusiyasının yenidən nəzərdən keçirilməsidir. Onun sözlərinə görə, sözügedən sənədin fəlsəfəsi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik haqqında Bəyannaməyə əsaslanır.
Cavid Vəliyev qeyd edib ki, Ermənistanın konstitusion sənədlərində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer aldığı müddətdə sülh müqaviləsinin imzalanması və onun mümkün gələcəyi təhdid altında qala bilər.
Sonda müəllif qeyd edir ki, Konstitusiyanın yenidən yazılması Ermənistanın özü üçün də faydalı siyasi gediş olacaq. Belə ki, uzun illərdir, Azərbaycan ərazilərinin işğalı səbəbindən regional layihələrdən kənarda qalan Ermənistan üçün yeni imkanlar formalaşa bilər. Daha ətraflı: