BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Qazaxıstan və Azərbaycan münasibətləri. Türk dünyası yüksəlişdə

2024-03-25 15:28

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Qazaxıstan və Azərbaycan münasibətləri. Türk dünyası yüksəlişdə” sərlöhvəli məqaləsi “Yeni Şafak” nəşrində dərc edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfərinin təfərrüatlarına toxunan Cavid Vəliyev qeyd edir ki, bütün ziyarətlər Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsinə yönəlik addımlardır.

“Tokayevin səfərinin ən önəmli gündəmi işğaldan azad edilmiş Füzuli şəhərində məşhur qazax sənətkar Kurmangazının adını daşıyan və Qazaxıstan dövləti tərəfindən tikilərək Azərbaycana hədiyyə edilən Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Səfər zamanı, eyni zamanda, Füzuli şəhər xəstəxanasının Qazaxıstan şirkətləri tərəfindən inşa ediləcəyi bəlli oldu.  Bölgənin bərpasında Qazaxıstan şirkətlərinin daha fəal olacağı gözlənilir. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərindəki siyasi etimadın təzahürüdür. İşğaldan azad edilən torpaqların yenidən qurulması prosesində Azərbaycan türk dövlətlərindən yatırılan investisiyalara önəm verir. Bu, əslində türk dövlətlərinin azad edilmiş torpaqlarda Azərbaycanın suverenliyini tanımasının göstəricisidir. Təəssüf ki, bəzi ölkələr bu yeni geosiyasi reallıqla barışa bilməyib. Bəzi səfirliklər işğaldan azad edilən torpaqlara səfər etməməkdə israrlı davranır. Yəni Azərbaycanın müttəfiqlərinin işğaldan azad edilən torpaqları ziyarət etməsi və hətta bərpasında iştirak etməsi Azərbaycan üçün hüquqi, siyasi və mənəvi dəstəkdir”.  

İki ölkə arasında önəmli iqtisadi anlaşmaların imzalandığına diqqət çəkən C. Vəliyev Qarabağ zəfərindən sonra Azərbaycan-Qazaxıstan münasibətlərinin sürətlə inkişaf etdiyini, son il yarım müddətində 40-a yaxın sənəd imzalandığını qeyd edib.

“İki ölkə arasında münasibətlərin bu qədər sürətli inkişafının başqa səbəbləri də var. Son dövrlərdə baş verən geosiyasi dəyişikliklərlə yanaşı, Orta Dəhlizin artan əhəmiyyəti, Qazaxıstanın alternativ enerji ixracı marşrutu axtarışı və Qazaxıstan uranına artan ehtiyac da münasibətlərə öz töhfəsini verib”.

Müəllif həmçinin, Azərbaycan-Qazaxıstan əməkdaşlığının türk və daha geniş coğrafiyalar üçün vacibliyinə toxunub.

Daha ətraflı: https://www.yenisafak.com/dusunce-gunlugu/kazakistan-ve-azerbaycan-iliskileri-turk-dunyasi-yukseliste-4610793

Müəllifin son məqalələri

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər

14 May 2024 - 17:17

Azərbaycan-Slovakiya tərəfdaşlığı nə vəd edir?