BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Peruca universitetində "Azərbaycan-İtaliya: Yeni enerji siyasəti və ikitərəfli münasibətlər" mövzusunda tədbir keçirilib

2024-05-28 11:05

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Bakı Politoloqlar Klubu və Peruca Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycan-İtaliya: Yeni enerji siyasəti və ikitərəfli münasibətlər" mövzusunda tədbir keçirilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın beynəlxalq sistemdə mövqeyi, xarici siyasət prioritetləri və bölgədəki vəziyyətlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.

"Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri Zaur Məmmədov tədbirin əhəmiyyəti və İtaliya-Azərbaycan münasibətlərindəki reallıqlar haqqında danışıb.

Peruca Universitetinin tədqiqatçı alimləri - Francesco Randazzo, Emilio Cassese, Valentina Chabert və digərləri COP29-un ev sahibi ölkəsi olan Azərbaycanın dünyada artan nüfuzunu və Bakı-Roma əlaqələrindəki müsbət inkişaf dinamikasını qeyd ediblər.

BMTM-in şöbə müdiri Cavid Vəliyev Azərbaycanın Avrasiyada Şərq və Qərb, Şimal və Cənub arasında yerləşən aparıcı dövlətlərdən biri olduğunu, dəyişən geoiqtisadi proseslər fonunda rəsmi Bakının prioritetləri haqqında iştirakçıları məlumatlandırıb. BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev enerji ixracatçısı kimi regional mövqeyini getdikcə gücləndirən Azərbaycanın yeni enerji strategiyasının mahiyyəti barədə danışıb.

Müəllifin son məqalələri

14 May 2025 - 19:55

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusundakı müzakirələrdə çıxışı

06 May 2025 - 17:46

BMTM və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) arasında Anlaşma Memoandumu imzalanıb

23 Dekabr 2023 - 15:33

BMTM və INASS arasında Anlaşma Memorandumu imzalanıb