BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Normallaşma prosesini kim pozmaq istəyir?

2024-02-15 10:51

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevin “Yeni Şafak” nəşrində “Normallaşma prosesini kim pozmaq istəyir?” başlıqlı məqaləsi dərc olunub. Müəllif məqalədə bir hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən Ermənistanın son hərbi təxribatı, buna cavab olaraq Dövlət Sərhəd Xidmətinin keçirdiyi və 4 erməni hərbçisinin zərərsizləşdirilməsi ilə nəticələnən“Qisas” əməliyyatı barədə məlumat verir. Cavid Vəliyev hərbi təxribatın “Yerkrapa” terror təşkilatı tərəfindən törədilməsi iddialarını şərh edərək bildirir ki, bu, Ermənistan hökumətini məsuliyyətdən azad etmir. 

“ “Yerkrapa” 1993-cü ildə qurulan, Qarabağın işğalı zamanı mülki insanlara və əsirlərə qarşı qətliamlar edən könüllü erməni əsgərlərini birləşdirən terror təşkilatıdır. 90-cı illərdən etibarən Ermənistanın daxili siyasətində aktiv rol oynayan “Yerkrapa”nın iki əsas vəzifəsi mövcuddur: Azərbaycan və Türkiyəyə qarşı erməni gənclər arasında hərbi əhvali-ruhiyyəni canlı saxlamaq və silahlı təşkilat üzvlərini mülki həyata inteqrasiya etmək. İkinci Qarabağ müharibəsindən sonra Paşinyan təşkilatın silahlı birliklərini Azərbaycanla sərhədə yerləşdirdi və ya yerləşdirilməsinə izn verdi. Beləliklə, Paşinyan qanlı keçmişi olan, Azərbaycana qarşı cinayət törətmiş silahlı təşkilatı şərti sərhədə yerləşdirərək son baş verən təxribata səbəb oldu,” deyə C.Vəliyev diqqətə çatdırıb.

Müəllif, həmçinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının erməni hərbi təxribatına passiv yanaşma sərgiləməklə revanşistl qüvvələrə dəstək nümayiş etdirdiyini vurğulayıb.

Daha ətraflı:

https://www.yenisafak.com/dusunce-gunlugu/normallesme-surecini-kim-bozmak-istiyor-4601863?fbclid=IwAR2XN2C89zeF-OTlSQaEQPqXwq6DRNgDvkJet1nXDAX6uEmtSNxb_3SwOEo

 

Müəllifin son məqalələri

19 Sentyabr 2024 - 16:34

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər