BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Naxçıvan dəhlizi Qafqazda nəqliyyat bağlantılarını artıracaq

2021-01-16 15:27

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “ Naxçıvan dəhlizi Qafqazda nəqliyyat bağlantılarını artıracaq” adlı məqaləsi Avropanın nüfuzlu “Euractiv” nəşri tərəfindən çap edilib. 

Məqalədə əsas diqqət noyabr-ın 10-da Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş Naziri tərəfindən imzalanan bəyanatda yer alan Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin Azərbaycan və regionun digər ölkələri üçün, o cümlədən regional nəqliyyat layihələri üçün yaratdığı yeni imkanlara yönəldilib. 

Məqalədə qeyd edilib ki, Naxçıvan dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının iqtisadi blokadadan azad olunmasına imkan yaradacaq: “Hazırda Naxçıvan ilə hava və quru əlaqəsi İran və ya Türkiyə vasitəsilə mümkündür. Ona görə də Naxçıvanla birbaşa əlaqənin yaranması nəqliyyat vaxtını və xərclərini azaltdığından Azərbaycan və Naxçıvan üçün yeni iqtisadi inkişaf imkanları yaradacaq. Eyni zamanda Naxçıvanın təhlükəsizliyi ilə bağlı narahatlıqlar da aradan qalxacaq”.

Müəllif bildirir ki, Naxçıvan dəhlizi eyni zamanda regional ölkələr üçün yeni imkanlar yaradacaq və bu koridordan istifadə etməklə Türkiyə İran və Gürcüstan yollarından istifadə etməməklə Azərbaycana birbaşa çıxış əldə edəcək. “Türkiyə ilə Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə müqayisədə Naxçıvan dəhlizindən keçən yol 340 km daha qısa olacaq. Bu da nəqliyyat məsafəsini və xərcləri azaltmaqla Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Dəhliz eyni zamanda Azərbaycanla Türkiyə arasında turizm əlaqələrinin inkişafına da səbəb olacaq”, - deyə Orxan Bağırov qeyd edir.

Bildirilir ki, Naxçıvan dəhlizinin yaradılması regionun digər ölkələri ilə alternativ quru yolunun açılmasına imkan yaratdığından Rusiya üçün də faydalı olacaq. Belə ki, Rusiyanın dəmiryol şəbəkəsi Azərbaycanın dəmiryolları ilə əlaqəli olduğundan Rusiyadan gələn qatarlar Naxçıvan dəhlizinə çataraq ordan asanlıqla İran, Türkiyə və Emənistana gedən xətlərə birləşdiriləcək: “Əgər Ermənistan sülhə yönələn siyasətə və əməkdaşlığa üstünlük verərsə, o zaman Naxçıvan dəhlizindən o da faydalana bilər. Bu dəhlizdən istifadə etməklə Ermənistan özünün iqtisadi blokadasına son qoya bilər, regional nəqliyyat layihələrinə qoşula bilər və ən əsası Avrasiya İqtisadi Birliyinin (AİB) bazarlarına çıxış əldə edə bilər”.

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/the-nakhchivan-corridor-will-boost-connectivity-in-caucasus/

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib