BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda dəyirmi masada Yekun Bəyanat imzalanıb

2023-07-07 10:45

                                                                                                                    Yekun Bəyanat

                                                               “MÜSTƏMLƏKLƏÇİLİYİN TAMAMİLƏ ARADAN QALDIRILMASI İSTİQAMƏSİNDƏ”

                                                                                     Bakıda təşkil olunmuş 1-ci buraxılış, 6 iyul 2023-cü il

Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib.

Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verdi.

Əslində, bütün qitələrdən 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı beynəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqların mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi hələ də müstəmləkə hökmranlığına qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Martinika, Fransız Qvianası, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futunanın müstəqillik tərəfdarları Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqləyib və vurğulayıblar.

Azərbaycan Respublikasının paytaxtı Bakıda müxtəlif dekolonizasiya hərəkatlarının fikir mübadilələri nəticəsində bu xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulandı:

- Fransız Qvianasında sosial vəziyyət xüsusilə pisləşir, əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir; təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir.

-Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi. 

-Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir.

-Polineziya indi tamamilə dekolonizasiya perspektivi ilə məşğuldur və cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyası Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyir.

Daha geniş mənada, Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəmləkəçi hərəkatlar həm Afroəsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər.

Onlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar.

Onlar xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürürlər.

Tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri

Fərid Şəfiyev

Yeni Kaledoniyada, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi

Rok Vamitan

Maykl Forrest

Maqali Tinqal

Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatı

Moris Pindard

Sindi Polüks

Jan-Viktor Kastor

Martinikanın Azadlığı Partiyası

Fransıs Karol

Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatı

Klodet Düamel

Tavini Huiraatira no te Ao Maohi

Oskar Temaru

Antoni Geros

Leon Tefo

Ella Tokaragi

"Afrika Mundus" şəbəkəsi

Emmanuel Arqo

Edvin Dhaiti

Müəllifin son məqalələri

03 Oktyabr 2024 - 15:51

“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib

01 Oktyabr 2024 - 15:05

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib

23 Sentyabr 2024 - 13:16

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - AVQUST 2024