BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Esmira Cəfərova

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Müharibədən sonrakı Cənubi Qafqazda sülh, problemlər və perspektivlər

2021-04-13 10:43

“Modern Diplomacy” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Müharibədən sonrakı Cənubi Qafqazda sülh, problemlər və perspektivlər” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yazıda Azərbaycan Milli Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) “İsgəndər M” ballistik raketinin qalıqlarını aşkar etməsinin müəyyən dəqiqləşdirmələr tələb etdiyi qeyd olunur. İnandırıcı cavabların olmaması təhlükəli fərziyyələrə səbəb ola bilər. Müəllifin fikrincə, bu problem münaqişə sonrası reabilitasiya dövrünə yumşaq keçidin qarşısını alır.

Müəllif yazır ki, keçmişdə işğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş minaların yaratdığı təhlükə çox kəskindir: “İlkin hesablamalara görə, azad olunmuş ərazilərdə raketlər və döyüş sursatlarının zərərsizləşdirilməsi 5-6 il tələb edə bilər, minalanmış ərazilərin tamamilə təmizlənməsi isə 10-13 il çəkə bilər”.

E.Cəfərova qeyd edir ki, problemi daha da ağırlaşdıran odur ki, Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurmaq üçün etdiyi bütün xoşməramlı jestlərə baxmayaraq, Ermənistan Azərbaycana mina xəritələrini verməkdən imtina edir.

Sonda Esmira Cəfərova yazır ki, həll olunmayan məsələlərin mürəkkəbliyi şəffaflıq, əməkdaşlıq və qarşılıqlı kompromis tələb edir.

https://moderndiplomacy.eu/2021/04/13/peace-problems-and-perspectives-in-the-post-war-south-caucasus/

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq