BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Mina və sərhəd mübahisələri bölgədəki sülh təşəbbüslərinə zərbə vurur

2021-06-16 14:11

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “The Tribune” saytında “Mina və sərhəd mübahisələri bölgədəki sülh təşəbbüslərinə zərbə vurur” başlıqlı məqaləsi dərc olunub.

Şahmar Hacıyev qeyd edir ki, hazırda Ermənistan və Azərbaycan arasındakı sərhəd mübahisəsi, o cümlədən Sünik bölgəsindəki son gərginlik (Azərbaycan dilində Zəngəzur) bölgədə təhlükəsizlik və davamlı sülh məsələsini gündəmə gətirib. Üstəlik, Ermənistanda 2021-ci ilin iyun ayında keçiriləcək seçkilər ölkədəki vəziyyəti dərin siyasi qarışıqlığa çevirir.

Müəllif qeyd edir ki, rəsmi Bakı Sovet xəritələrindən istifadə edərək demarkasiya prosesinə başlayıb və Ermənistanı bütün fikir ayrılıqlarını və mübahisəli məsələləri siyasi-diplomatik danışıqlar yolu ilə müzakirə etməyə dəvət edib. Vurğylanır ki, noyabr razılaşmasından sonra Qazax rayonundakı yeddi kənd və Azərbaycan Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın nəzarətindədir. Müəllif bildirir ki, qarın əriməsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Sünik bölgəsindəki mövqelərini irəli çəkməsindən sonra  Ermənistan və Azərbaycan qoşunları arasında eskalasiya qaçılmaz olub: "Bu cür hallar isə iki Cənubi Qafqaz ölkəsi arasındakı delimitasiya və demarkasiya prosesinin vacibliyini bir daha sübut edir. Münaqişədən sonrakı dövrdə digər ciddi problem azad edilmiş ərazilərdəki mina problemidir. Qarabağ bölgəsindəki mina çirklənməsi, mülki və hərbi qulluqçuların ölümü ilə yanaşı yenidənqurma prosesinə də əhəmiyyətli dərəcədə təsir göstərir".

Bildirilir ki, Azərbaycan artıq müasir minalardan təmizləmə texnikalardan istifadə edərək azad edilmiş əraziləri minalardan təmizlənməyə başlayıb. "Təəssüf ki, bölgədəki minalardan təmizlənmə səylərinə baxmayaraq, mülki şəxslər mina partlayışları nəticəsində yaralanmağa və həyatlarını itirməyə davam edirlər. Məsələn, 4 iyun tarixində Kəlbəcər bölgəsində tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist daxil olmaqla üç nəfərin ölüb və dörd nəfər yaralanıb. Bu hadisə mina təmizlənməsinin Qarabağ bölgəsində davam edən ən vacib iş olduğunu göstərir. Belə ki, minalar insan həyatı üçün böyük təhlükə yaradır"-, deyə qeyd olunur.

Şahmar Haciyev vurğulayır ki, beynəlxalq təşkilatlar və ölkələr Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməli və sərhəd delimitasiyası prosesini dəstəkləməlidirlər: "Məsələn, ABŞ Azərbaycan və Ermənistanı Sovet xəritələri əsasında sərhəd delimitasiyasına başlamağa çağırır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker  Azərbaycana səfəri zamanı Azərbaycanla ABŞ arasındakı strateji tərəfdaşlığı və Azərbaycanla Ermənistan arasında sərhəddəki gərginliyin aradan qaldırılmasının vacibliyini vurğuladı.  Bu mənada, regional təhlükəsizlik və inteqrasiya prosesini dəstəkləmək üçün rəsmi Vaşinqton Cənubi Qafqazdakı siyasətini gücləndirməlidir. Bu baxımdan 3 + 1 əməkdaşlıq formatı (Gürcüstan, Ermənistan və Azərbaycan + ABŞ) təhlükəsizlik və iqtisadi inteqrasiyanı dəstəkləyən təsirli bir mexanizm ola bilər. Bu fikri dəstəkləmək üçün qeyd etməliyik ki, Azərbaycanın ABŞ-ın konstruktiv iştirakı və köməyindən sonra Ağdam bölgəsindəki 97 minə yaxın piyada və tank əleyhinə mina xəritəsi əvəzinə 15 erməni məhbusunu Ermənistana təhvil verib. Bu hal ABŞ-ın bölgədəki fəal işinin çox faydalı olduğunu göstərir".

Daha ətraflı: https://www.thetribune.com/opinion-mines-and-border-disputes-undermine-peace-efforts-in-the-region/

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir