BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Livan ermənilərinin işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesinə təhdiddir

2020-09-24 12:52

ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında Livan ermənilərinin qanunsuz olaraq işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsi haqqında məqalə dərc edilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu “Livan ermənilərinin işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesin təhdiddir” başlıqlı məqalədə bu prosesin regionda gərginliyi daha da artırdığı vurğulanır.

Müəllif qeyd edir ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edən Ermənistan həmin ölkədə yaşayan ermənilərə kömək adı ilə 100-150 erməni ailəni işğal edilmiş Azərbaycan torpalqarında yerləşdirə biləcəyini elan edib və avqustun 25-də artıq iki erməni ailəsinin bölgəyə gətirildiyi xəbər verilib. Müəllif qeyd edir ki, yerli mətbuatın yaydığı məlumata görə, daha 15 erməni ailənin Dağlıq Qarabağ və ətraf rayonlara gətirilməsi planlaşdırılır.

V.Hüseynov Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək ermənilərin işğal edilmiş torpaqlarda yerləşdirilməsinin həm beynəlxalq hüquqa, həm də Ermənistanın öz qanunvericiliyinə zidd olduğunu bildirir.  O, əlavə edir ki, bu ilk dəfə deyil ki, Azərbaycan Ermənistan tərəfindən bu növ təxribatla üzləşir. Belə ki, Suriyada böhran başlandıqdan bir müddət sonra da 15 min suriyalı erməni Ermənistanda sığınacaq üçün müraciət edib və onların bir hissəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilib.

Sonda V.Hüseynov ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların Ermənistanın qanunsuz əməllərinə ciddi təsir edə bilməməsinin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayır.

Daha ətraflı: https://jamestown.org/program/armenian-resettlement-from-lebanon-to-the-occupied-territories-of-azerbaijan-endangers-peace-process/

Müəllifin son məqalələri

23 Aprel 2024 - 11:09

Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edir

16 Aprel 2024 - 10:28

İrəvanın “Sülh kəsişməsi” layihəsinin qeyri-mümkünlüyü

05 Aprel 2024 - 09:30

Paşinyan-Blinken-fon der Lyayen görüşü Cənubi Qafqazda gərginliyi artırır