BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Sultan Zahidov

Email:

Tel:

Laçın zirvəsindəki strateji həmrəylik

2025-05-30 10:12

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İkinci Qarabağ Müharibəsi nəticəsində Ermənistan işğalından azad olunmuş Azərbaycanın Laçın şəhərində tarixi üçtərəfli zirvə görüşü keçirildi. Bu zirvə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutdu. Bu hadisə diplomatik əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda üç əsas regional aktorun siyasi və strateji yaxınlaşmasının simvolu idi.

Zirvə görüşünün keçirildiyi vaxt və məkan dərin simvolik məna daşıyır. Bu, xüsusilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyən dövlətlərlə güclü, dəyərlərə əsaslanan ittifaqlar qurmaq əzmini nümayiş etdirir. Belə əlamətdar gündə Türkiyə və Pakistan liderlərinin iştirakı isə həmrəylik və ortaq gələcəyə dair birgə baxışla bağlı mesaj xarakteri daşıyırdı.

Bundan əlavə, Zirvə görüşünün Laçın Beynəlxalq Hava Limanının açılışı ilə eyni vaxta təsadüf etməsi Azərbaycanın postmüharibə dövründə bərpa prosesinin yeni mərhələsinə keçdiyini göstərdi. Azad edilmiş ərazilərdə infrastrukturun bərpası bu bölgələrin yenidən qurulması və ölkənin ümumi həyatına inteqrasiyası istiqamətində Azərbaycanın qətiyyətini nümayiş etdirir. Belə rəmzi əhəmiyyətə malik məkanda ali səviyyəli liderlərin qəbul edilməsi bu öhdəliyin bariz ifadəsidir.

Prezident İlham Əliyev zirvə görüşündə acılış nitqi ilə çıxış edərək Azərbaycan, Türkiyə və Pakistanı birləşdirən dərin tarixi, mədəni və sivilizasiya bağlarını vurğuladı. O, bu üç ölkənin suverenlik və ədalət prinsiplərinə daim dəstək verdiyini qeyd etdi və zəruri məqamlarda özünü göstərən sıx əməkdaşlığa diqqət çəkdi. Ardınca Prezident Ərdoğan və Baş nazir Şahbaz Şərif üçtərəfli formatın strateji əhəmiyyətini bir daha təsdiqləyərək iqtisadi, siyasi və müdafiə sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə güclü dəstək ifadə etdilər.

Bu görüş dövlət başçıları səviyyəsində keçirilən ikinci toplantı olmaqla, son illərdə inkişaf edən üçtərəfli münasibətlərin institusional xarakter almasına daha bir töhfə verdi. Üçtərəfli əməkdaşlıq çərçivəsinin əsası 2017-ci ildə xarici işlər nazirlərinin görüşü ilə qoyulmuş, 2021-ci ildə parlamentlərarası koordinasiya mərhələsinə keçilmiş, 2024-cü ildə isə Qazaxıstanın paytaxtı Astanada ilk liderlər zirvəsi keçirilmişdir. Laçın zirvəsi bu ittifaqın artıq tam formalaşmış bir mərhələyə qədəm qoyduğunu göstərdi. Və bu konkret hədəf və qarşılıqlı etimada əsaslanır.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər xüsusilə sıx xarakter daşıyır və bu yaxınlıq dərin mədəni, dil və coğrafi bağlara əsaslanır. Türkiyənin regional və qlobal güc kimi mövqeyinin möhkəmlənməsində onun dinamik xarici siyasəti və xüsusilə PKK terror təşkilatına qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar mühüm rol oynamışdır. Eyni zamanda, enerji daşımalarında Türkiyənin strateji mövqeyi və Şərqlə Qərb arasında körpü funksiyası – xüsusilə Orta Dəhliz boyunca ticarət sahəsində – onun region üçün əhəmiyyətini daha da artırır.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eurasiareview.com/30052025-strategic-solidarity-in-trilateral-meeting-in-lachin-oped/

 

Müəllifin son məqalələri

30 İyun 2025 - 09:43

Strateji Bağ: Azərbaycan-Türkiyə münasibətləri və Cənubi Qafqazda regional təhlükəsizlik

30 May 2025 - 10:12

Laçın zirvəsindəki strateji həmrəylik

30 Aprel 2025 - 15:35

Aİ-nin Ali Nümayəndəsinin Bakıya səfəri: Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı