BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Kim Sülhdən Qorxur?

2019-04-03 01:15

Martın 29-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti ikitərəfli rəsmi görüş keçirilmişdir.

Hələ Sovet İttifaqı dövründə ortaya çıxan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 30.000 insanın ölümü və bir milyondan çox insanın qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnmişdir. 1992-93-cü illərdə Azərbaycan torpaqlarının  20 %-i Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin Dağlıq Qarabağ ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edilmişdi. Ermənistan münaqişədə birbaşa iştirak etmədiyini və Dağlıq Qarabağ ermənilərinin öz istəyi ilə Azərbaycandan ayrılmağa çalışdığını irəli sürür. 2018-ci ilin aprelində "Məxməri İnqilab" dan sonra hakimiyyətə gələn və 2018-ci ilin noyabr ayında rəsmi olaraq seçilən Ermənistanın yeni baş naziri Nikol Paşinyan separatçıların danışıqlar prosesinə daxil edilməsi üçün cəhd göstərmiş, lakin danışıqların formatının dəyişdirilməsi təklifi Azərbaycan və Minsk Qrupu həmsədrləri tərəfindən rədd edilmişdir.

İki ölkə arasında 25 illik uzun danışıqların əsas mövzuları Dağlıq Qarabağın və digər işğal olunmuş ərazilərin problemi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması və münaqişə zonasındaki əhalinin təhlükəsizliyidir. Azərbaycan və Ermənistan arasında əsas anlaşmazlıq sözü gedən mübahisəli məsələlər ətrafındadır. Azərbaycan özünün ərazi bütövlüyündə təkid etsə də, Ermənistan Dağlıq Qarabağın müstəqillik qazanmasını istəyir. 2016-cı ilin aprel ayında Azərbaycan Dağlıq Qarabağda bir sıra hərbi uğurlar(irəliləyişlər) əldə etmiş, lakin Rusiyanın təzyiqləri ilə üzləşərək əməliyyatları dayandırmışdı. Bundan sonra, Minsk Qrupu həmsədrləri və digər beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində səylərini artırmış və uzun müddət davam edən münaqişədə status-kvonun dəyişməsi üçün çağırışlar etmişdirlər.

2018-ci ilin aprel ayında Ermənistanda yaşanan “inqilab” "Qarabağ klanı" adlanan qrupun ölkədə hakimiyyətini sonlandırdı və Paşinyan Qərb tərəfindən dəstəklənən sosial və siyasi islahatları əhatə edən korrupsiyaya qarşı mübarizə vədi ilə hakimiyyətə gəldi. Bununla yanaşı, Paşinyanın yeni hökuməti Ermənistan ərazisində hərbi bazaları olan Rusiya ilə də strateji müttəfiqliyi təsdiq etdi. Hazırda ölkə iqtisadi təcriddə qalmaqda davam edir və bir sıra əhalinin ölkəni tərk etməsi ölkəni demoqrafik böhranla üz-üzə qoyur. Yaxşı qonşuluq əlaqələrinin qurulması Ermənistana öz iqtisadi problemlərinin öhdəsindən gəlməyə kömək edə bilər, lakin burada təkcə Azərbaycanla deyil, aralarında bir sıra mübahisəli məsələlərin mövcud olduğu Türkiyə ilə də sülh əldə olunması zəruridir. Ancaq  Paşinyanın ilk addım olaraq övladlarından birini Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərməsi çətin ki, sülh üçün jest hesab olunsun. Paşinyanın liberal imic yaratmaq cəhdi münaqişənin həlli istiqamətində vədlərində iflas uğramışdır.

Ermənistanın bəzi siyasətçiləri və ekspertləri bugünlərdə ABŞ-ın Qolan Təpələrini İsrail ərazisi kimi tanımasını, Dağlıq Qarabağ separatçılarının da ABŞ tərəfindən tanınmasına təkan ola biləcəyini düşünürlər. Bənzər ümidlər 2008-ci ildə Qərb tərəfindən Kosovanın müstəqilliyinin tanınması və Rusiyanın buna qarşılıq olaraq Osetiya və Abxaziyanın Gürcüstandan ayrılmasını tanımasından sonra da ortaya çıxmışdı. Lakin bu presedent Dağlıq Qarabağa şamil olunmur və əksinə, ABŞ-ın Qolan Təpələrini tanıması işğal olunmuş Dağlıq Qarabağın Ermənistan ərazisi kimi tanınması ehtimalının daha da azalmasına səbəb olur. Birləşmiş Ştatlar və Rusiyadan başqa digər başlıca beynəlxalq güclər də beynəlxalq hüququn aliliyinə əsaslanan müharibə sonrası sistemin dəyişdirilməsinə qətiyyətlə qarşı çıxırlar. Bundan əlavə, Azərbaycan Moskva və Vaşinqtonla sıx siyasi əlaqələr qurmağa müvəffəq olmuş və Bakının qoşulmama statusu onlarla dostluq əlaqələrinin qurulmasını təmin etmişdir.

Regionun gələcəyi həm Ermənistan, həm də Azərbaycan xalqına fayda gətirəcək davamlı sülhə əsaslanır. Lakin hələ də sülhün bərqərar olması üçün istəksizlik mövcuddur, çünki bu sülh, işğalın davam etməsinin səbəb olduğu status-kvonun dəyişməsini nəzərdə tutur. Ermənistan daha əlverişli bir dövrdə ərazi işğalını qanuniləşdirmək üçün münaqişənin həllini təxirə salmaq istəyir.

1962-ci ilə aid klassik Amerika teatrı oyunu "Virginia Woolf'dan kim qorxur?"da orta yaşlı bir cütlük dostlarını səmimi axşam söhbətinə dəvət edir. Lakin bunun yerinə, cütlük qonaqların qarşısında bütün gecəni bir-birilərinə qarşı olmazın sözlər deyirlər. Yəqin ki, Albeenin pərəstişkarları həmin oyunu xatırladılar, belə ki, Minsk Qrupunun danışıqları başa çatmış və Paşinyanın beynəlxalq ictimaiyyətə müsbət nəticələr və regionda sülhün zəruriliyi barədə bəyanat vermişdir. Bir gün sonra, onun müdafiə naziri, Nyu Yorkda erməni diasporu ilə görüşündə "yeni ərazilər üçün yeni müharibələr" xəbərdarlığını etmişdir. Deməli, ya erməni rəsmiləri öz aralarında sülhün nə olduğu barəsində mübahisələrini Albeenin əsərindəki evli cütlüyün öz münasibətləri haqqında danışdıqları kimi aparırlar, ya da Ermənistanın hazırki rəhbərliyində sülh məqsədi yoxdur.

https://www.eurasiareview.com/03042019-whos-afraid-of-peace-oped/

Müəllifin son məqalələri

21 Avqust 2024 - 14:14

Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır