BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Jerussalem Post”: Azərbaycan əməkdaşlığın üfüqlərini genişləndirir

2020-02-08 15:10

İsrailin nüfuzlu “Jerussalem Post” qəzetində Azərbaycanın xarici siyasətinə dair məqalə çap edilib. Məqalədə Azərbaycanın müstəqillik illərindən  bu yana apardığı uğurlu xarici siyasəti, həm regional, həm də beynəlxalq tərəfdaşları ilə qurduğu mehriban qonşuluq münasibətləri və bərabərhüquqlu əməkdaşlıq əlaqələri, eləcə də müxtəlif geosiyasi seçimlər arasında yürütdüyü tarazlı xarici siyasət xətti müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan həm Qərb, həm də Şərq tərəfdaşları, eləcə də müvafiq olaraq bu coğrafi məkanları təmsil edən NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s. ilə qarşılıqlı faydalı və praqmatik əməkdaşlığını davam etdirir. 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi NATO-Azərbaycan əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir, Qoşulmama Hərəkatının Zirvə toplantısı və bu təşkilat üzərində sədrliyin 2019-2022-ci illərdə Azərbaycana keçməsi, eləcə də Türk Şurasının 10-cu toplantısının Bakıda keçirilməsi və Avropa-Ittifaqı-Azərbaycan  arasında təhlükəsizlik dialoqunun keçirilməsi kimi tədbirlər də Azərbaycanın öz əməkdaşlığının üfüqlərini daha da genişləndiridiyinə bir misaldır.

Məqaləni aşağıdakı linkdən keçid edərək oxuya bilərsiniz:

https://www.jpost.com/International/Azerbaijan-broadens-the-horizons-of-cooperation-balanced-foreign-policy-616178

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq