BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

İrəvanın “Sülh kəsişməsi” layihəsinin qeyri-mümkünlüyü

2024-04-16 10:28

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun “İrəvanın “Sülh kəsişməsi” layihəsinin qeyri-mümkünlüyü” sərlöhvəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

V. Hüseynov qeyd edir ki, aprelin 5-də Brüsseldə mətbuat konfransı zamanı Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülh kəsişməsi” layihəsinə dəstək ifadə etdilər.

Müəllif xatırladır ki, Ermənistan Baş nazirinin ötən ilin oktyabrın 26-da Tbilisidə IV İpək Yolu Forumunda təqdim etdiyi layihə ilə ölkəni regional tranzit habına çevirməyi hədəfləyir. Təşəbbüs Ermənistan ərazisi vasitəsilə Azərbaycan və Türkiyə arasında bağlılığın yaradılmasını və bu əlaqələrin Orta Dəhlizə birləşdirilməsini ehtiva edir.

“Nə Bakı, nə də Ankara ilə bu barədə məsləhətləşmələr aparılmayıb və ya hər hansı dəstək ifadə edilməyib. Beləliklə, Paşinyanın layihəsi kağız üzərində qalır. Azərbaycan və Türkiyə hökumətləri ilə birbaşa iş aparmamaq bu ideyanın heç vaxt nəticə verməyəcəyini deməyə əsas verir”.

Müəllif bildirir ki, Bakı və Ankara “Sülhün kəsişməsi” layihəsini Zəngəzur dəhlizinə əks layihə olaraq nəzərdən keçirir.

“Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında müzakirə edilmiş və bu mövzuda qismən razılıq əldə olunmuşdu. Plan Azərbaycan və Ermənistan liderlərinin Rusiya və Aİ-nin vasitəçiliyi ilə olan sammitlərində də müzakirə edilmişdi.

Brüssel sammitindən bir gün sonra 22 may, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bakı və İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəldiyini, yeni dəmir yolu və avtomobil yollarının tikildiyini demişdi”.

Vasif Hüseynov iki layihə arasında əsas fərqlərə diqqəti yönəldir:

“Birincisi, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında Ermənistanın Syünik vilayətindən keçən Sovet dövründəki   və avtomobil yollarının açılmasını nəzərdə tuturdu.

Sülhün kəsişməsi layihəsi bu keçid boyu uzanan dəmiyolu rabitəsini əhatə etsə də, avtomobil yolu bağlantıları üçüün alternativ marşrutlara üstünlük verir. Azərbaycan dəhlizin öz ərazisindən keçən hissəsində avtomobil yolunun tikintisini demək olar ki, tamamlayıb və Zəngəzur dəhlizi açılmamış İrəvanın digər ərazilərdən  avtomobil yolu açmaq təklifini rədd edir.

Yanvar atında Prezident İlham Əliyev “Zəngəzur dəhlizi açılmadan Ermənistanla hər hansı başqa ərazidən sərhədlərimizi açmağa hazırlaşmırıq” deyə vurğulamışdı.

İkincisi, Azərbaycan 2020-ci il Noyabr bəyannaməsinə uyğun olaraq Ermənistanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin şəxsi heyətini nəzarət üçün əraziyə göndərməyini gözləyir. İrəvan isə hesab edir ki, bu bəyanat artıq aktuallığını itirib, çünki Rusiya və Azərbaycan razılaşmanın müddəalarını pozublar. “Sülh kəsişməsi” layihəsinə Qərbdən dəstək gəlməsinin əsas səbəbi məhz bu elementdir. Görünür, Rusiya FTX heyətinin marşrut boyu yerləşdirilməsi Qərbin Cənubi Qafqazdakı maraqları ilə üst-üstə düşmür.

Üçüncüsü, Bakı və İrəvan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat rabitəsində tətbiq olunacaq qaydalarla bağlı fərqli fikirləri bölüşürlər. Azərbaycan hökuməti Ermənistandan 2020-ci Noyabr razılaşmasında nəzərdə tutulduğu kimi, Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçidin təmin edilməsini gözləyir. Bu isə Azərbaycanın qərb əraziləri ilə Naxçıvan arasında yüklər və sərnişinlər üçün  hər hansı gömrük rüsumu, sərhəd yoxlanışlarını nəzərdə tutmur. Digər ölkələrə məxsus əmtəə və insanlar isə qeyd edilən təhlükəsizlik tədbirlərindən keçməli olacaqlar”.

V. Hüseynov diqqətə çatdırır ki, “Sülh kəsişməsi” gömrük rüsumları və təhlükəsizlik yoxlanışları olmadan keçidin təmini üçün hər hansı təklif irəli sürmür.

Onun sözlərinə görə, tərəflər arasındakı fundamental fikir ayrılıqları yaxın gələcəkdə Azərbnaycan və Ermənistan arasında nəqliyyat layihələrinin reallaşdırılması imkanlarını minimallaşdırır.

“Azərbaycan hökuməti bildirir ki, “Sülh kəsişməsi” təşəbbüsü səmərəsizdir və Zəngəzur dəhlizinin açılmasından imtina etdiyi müddətdə bu proses Ermənistanın təcridi ilə nəticələnəcək. Azərbaycan və Türkiyə Zəngəzur marşrutu boyu bütün tikintini 2028-ci ilə qədər tamamlamağa ümid edir.  “Sülh kəsişməsi” hazırda Azərbaycan və Türkiənin gündəmində deyil və yaxın gələcəkdə onun reallaşması mümkün görünmür”.

https://jamestown.org/program/yerevans-crossroads-for-peace-remains-elusive/

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir