BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

İlham Əliyev növbədənkənar prezident seçkilərinin qalibidir

2024-02-23 12:05

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun "Jamestown Foundation"-da “İlham Əliyev növbədənkənar prezident seçkilərinin qalibidir” başlıqlı məqaləsi dərc edilib.

Məqalədə ilkin olaraq 2025-ci ilə nəzərdə tutulan prezident seçkilərinin fevralın 7-də keçirilməsinin səbəbləri izah edilir. Bildirilir ki, növbədənkənar seçki qərarını şərtləndirən amillərdən biri 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri nəticəsində yaranmış spesifik mühit oldu. Ərazi bütövlüyünün bərpasını Azərbaycan üçün “yeni eranın başlanğıcı” kimi xarakterizə edən dövlət başçısı məhz bu faktın növbədənkənar seçki qərarının birinci vacib səbəbi olduğunu diqqətə çatdırmışdı.

Digər səbəb olaraq isə Prezident bildirmişdi ki, bütün ölkə ərazisində keçirilən ilk seçkilər məhz prezident seçkiləri olmalıdır.

Vasif Hüseynov qeyd edir ki, Mərkəzi Seçki Komissiyasının İlham Əliyevin 92,12 faiz səs toplayaraq qalib gəldiyini elan etməsindən sonra digər namizədlər, o cümlədən, REAL daxil olmaqla müxalifətdə olan digər partiyalar onu qələbə münasibətilə təbrik etdilər. Seçkilərdən sonra Avropa Komissiyasının Prezidenti Şarl Mişel, Çin prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin daxil olmaqla  bir sıra dünya liderləri dövlət başçısına qələbə münasibətilə təbrik ünvanladılar.

Sonda Vasif  Hüseynov bildirir ki, İlham Əliyevin yeni prezidentlik dövrü siyasi-iqtisadi tapşırıqların icrası və mümkün çağırışlara qarşı mübarizə ilə müşahidə olunacaq. Belə ki, Ermənistan-Azərbaycan sülh prosesi hökumətin gündəliyində duran əsas mövzu olaraq qalmaqda davam edəcək.  Bakı və Qərb paytaxtları arasında baş verən fikir ayrılıqlarından sonra xarici siyasətin diversifikasiyası gözlənilən ssenari olacaq. Azərbaycanın xarici siyasəti Mərkəzi Asiya, Körfəz və Şərqi Asiya bölgələrindəki tərəfdaşları ilə daha sıx münasibətlər qurmağa yönələcək. Bununla yanaşı, Qərblə münasibətlərdəki çətinliklərin aradan qaldırılması istiqamətində də işlər davam etdiriləcək.

https://jamestown.org/program/aliyev-wins-snap-presidential-election/?fbclid=IwAR2VsCVd9IuRtBFMqFQfrV8oHRxZPdszRjmA5gJMGyv_2 -oCFHroZ1tCtbA

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir