BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Geosiyasi rəqabətin Cənubi Qafqaza yayılması regional sülh və təhlükəsizliyi təhdid edir

2024-03-30 11:38

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun “Geosiyasi rəqabətin Cənubi Qafqaza yayılması regional sülh və təhlükəsizliyi təhdid edir” başlıqlı məqaləsi “Modern Diplomacy” nəşrində dərc edilib.

Ermənistan, Avropa İttifaqı və ABŞ arasında aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan müştərək toplantını şərh edən müəllif qeyd edir ki, bu görüş Cənubi Qafqaz ətrafındakı geosiyasi vəziyyəti daha da gərginləşdirə bilər.

“Bu toplantı Rusiya-Qərb geosiyasi rəqabətinin Cənubi Qafqaza yayılması və bütöv region üçün risk kimi anlaşılır. Bu proseslər Baş nazir Nikol Paşinyanın populist ritorika və addımlarla xarakterizə olunan avantürist xarici siyasətinin bir nümunəsidir”.

Müəllif bildirir ki, Paşinyan Ermənistan əhalisini həmişə qeyri-real ambisiyalara kökləyib:

“Bu vədlər iqtisadi və demoqrafik çağırışlarla üzləşən millətə verilir”.

V.Hüseynov bildirir ki, Paşinyan region qüvvələr dinamikasını nəzərə almadan çox ehtiyatsız addımlar atır. Bu isə təkcə Ermənistanı yox, bütövlükdə regionu risklərlə üz-üzə qoyur.

“Bir erməni ekspertin dediyi kimi, Paşinyan Rusiyaya qarşı antaqonist siyasət apararaq Qərbdən heç bir real təhlükəsizlik təminatı almadan riskli və avantürist yanaşma ortaya qoyur. Əvvəllər yalnız ermənilər Paşinyanın avantürist siyasətlərinin yükünü daşıyırdı. Lakin artıq azərbaycanlılar və gürcüstanlılar da onun ehtiyatsız siyasətlərinin mənfi təsirləri ilə üzləşə bilərlər”.

Məqalədə Azərbaycanın xarici siyasətdə ənənəvi balanslı yanaşmanı və bütün güc mərkəzləri ilə dost münasibətlərini inkişaf etdirdiyi vurğulanır. Bildirilir ki, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri yüksək qiymətləndirilir. Azərbaycanın Kosovo və Əfqanıstan əməliyyatlarında NATO-nun yaxın tərəfdaşı olub və bu məqam alyansın Baş katibi Yens Stoltenberqin Bakıya səfəri zamanı xüsusi vurğulanıb.

Sonda müəllif diqqətə çatdırır ki, 2014-cü ildə Ukraynada, 2008-ci ildə Gürcüstanda baş verənlər onu göstərir ki, regional güc balansı mövcud geosiyasi reallıqları nəzərə almadan idealist xarici siyasət seçimləri edilməsini dəstəkləmir.

“Artan geosiyasi rəqabət fonunda Cənubi Qafqaz ölkələri üçün bu reallığı tanıyıb  qəbul etmək hər zaman olduğundan daha vacibdir”.

Daha ətraflı:

https://moderndiplomacy.eu/2024/03/30/the-extension-of-geopolitical-rivalries-to-the-south-caucasus-threatens-regional-peace-and-security/

*Məqaləni alban və yunan dillərində aşağıdakı linklər vasitəsilə oxumaq mümkündür: 

https://www.argumentum.al/shtrirja-e-rivaliteteve-gjeopolitike-ne-kaukazin-e-jugut-kercenon-paqen-dhe-sigurine-rajonale/

https://www.sahiel.gr/i-epektasi-ton-geopolitikon-antiparatheseon-ston-notio-kaykaso/

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir