BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Fuad Çıraqovun “Jamestown Foundation”da Azərbaycandakı islahatlara dair məqaləsi dərc olunub

2020-01-28 00:01

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun ABŞ-ın nüfuzlu  “Jamestown Foundation” nəşrində Azərbaycanda 2019-cu il ərzində həyata keçirilən islahatlara dair “İlə baxış: Azərbaycan daxili islahatlar və çoxtərəfli xarici siyasət həyata keçirir” adlı məqaləsi dərc edilib. Məqalədə 2019-cu ilin Azərbaycan üçün çox dinamik olduğu, yanvar-dekabr ayları ərzində dəyişən islahatların həyata keçirildiyi və idarəçiliyin yeni nəslə ötürüldüyü diqqətə çatdırılır. Müəllif Prezident İlham Əliyevin 2019-cu il ərzində demək olar ki, hər ay yerli və beynəlxalq müşahidəçiləri özünün yeni islahatları və təyinatları ilə təəccübləndirdiyini yazır. Qeyd edilir ki, adətən qonşu regionlarda siyasi dinamizm siyasi hakimiyyətlərdən narazı kütlələrin etirazları ilə müşayiət olunsa da, Azərbaycanda bu ölkə başçısının islahatları ilə özünü göstərir. Məqalədə davam edən islahatlar fonunda ölkənin qanunverici orqanının aparılan islahatlara uyğunlaşdırılması üçün Milli Məclisin yeni seçkilərə getməsi və bununla bağlı ölkə başçısına müraciət etməsi də vurğulanır.

Müəllif ölkə daxilində aparılan islahatlar və müsbət dəyişikliklər fonunda Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişin olmadığını və Ermənistanın təcavüzkar və status kvonu saxlamaq siyasətini davam etdirdiyini əlavə edir. Bununla yanaşı, xarici siyasət istiqamətində 2019-cu il ərzində baş vermiş uğurlar kimi TANAP layihəsinin açılışı və Bakıda 120 ölkədən nümayəndə heyətinin iştirak etdiyi Qoşulmama Hərəkatının 18-ci zirvə toplantısı diqqətə çatdırılır.

Daha ətraflı: https://jamestown.org/program/a-year-in-review-azerbaijan-pursues-internal-reforms-and-external-multilateralism/?fbclid=IwAR3Pm2glsgwlQHe_8hcFMnbet1MPBj2O406iJzzJEj6hDxlZASajeXNZcCk

 

Müəllifin son məqalələri

21 Avqust 2024 - 14:14

Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır