BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

2024-05-21 17:14

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?” başlıqlı məqaləsi Anadolu Agentliyində dərc edilib.

Məqalədə Yeni Kaledoniyada mayın 13-dən etibarən başlanan etirazlar barədə məlumat verilir. Qeyd edilir ki,  Fransa Parlamentinin regiona azı 10 il əvvəl köçən xaricilərə səsvermə haqqının verilməsi yerli xalq tərəfindən etirazla qarşılanıb.

“Bu etirazlar toqquşmalara səbəb oldu və nəticədə 4 nəfər həyatını itirdi. Yerli xalq 1998-ci il Noumea Anlaşmasının müddəalarına zidd olan bu dəyişikliyin əhalinin 40%-ni təşkil edən kanak xalqının səs hüququnu əlindən alacağı qənaətindədir. Noumea Anlaşması ilə səsvermə haqqı 1998-ci ildən öncə Yeni Kaledoniyada yaşayan xalqlar və onların övladları ilə məhdudlaşırdı. Bu, azlığa çevrilən kanaklara daha çox təmsilçilik verməyi hədəfləyirdi. Bölgədə baş verən toqquşmalardan sonra Fransanın Daxili İşlər Naziri "France 2" televiziyasına verdiyi açıqlamada Azərbaycanı bölgədəki separatçıları dəstəkləməkdə ittiham etdi".

Azərbaycanın Daxili İşlər Nazirliyi bu ittihamları rədd edərək Fransa daxili işlər nazirinin diqqəti ölkəsinin müstəmləkə siyasətinə yönəltməli olduğunu bildirdi”.

C. Vəliyev məqaləsində Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizə tarixinə, həmçinin Fransanın Azərbaycana qarşı ünvanlandığı əsassız ittihamların kökündə duran səbəblərə aydınlıq gətirir.

Sonda müəllif bildirir ki, Fransa hökuməti Kaledoniya xalqının qanuni tələblərini yerinə yetirmək və regional problemlərə diqqəti yönəltmək əvəzinə xarici düşmən obrazı yaratmaq niyyətindədir.

“Özünü demokratiya və insan haqlarına hörmət edən dövlət kimi təqdim edən Fransa, təəssüf ki, yerli xalqın qanuni tələblərini yerinə yetirmək istəmir”.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür.

https://www.aa.com.tr/tr/analiz/gorus-fransa-yeni-kaledonyadaki-gelismelerden-neden-azerbaycani-sorumlu-tutuyor/3224638

 

Müəllifin son məqalələri

19 Sentyabr 2024 - 16:34

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər