BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Fərid Şəfiyevin ABŞ-ın nüfuzlu “The National Interest” saytında məqaləsi dərc olunub

2020-12-13 11:56

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin ABŞ-ın nüfuzlu “The National Interest” saytında “Ermənistanla Azərbaycan arasında sülhün gələcəyi yanaşmaların ciddi nəzərdən keçirilməsini tələb edir” başlıqlı məqaləsi dərc olunub (https://nationalinterest.org/feature/future-peace-between-armenia-and-azerbaijan-requires-major-revision-approaches-174283). Məqalədə İkinci Qarabağ Müharibəsindən sonrakı vəziyyət təhlil edilərək gələcəkdə mümkün olacaq sülhə dair proseslər barədə şərhlər təsvir olunur.

Müəllif bildirir ki, müharibədən sonra münaqişənin geosiyasi nəticələri ilə bağlı Qərb mediasında çoxsaylı məqalələr dərc edilib və beynəlxalq ekspertlər və jurnalistlər daha çox Cənubi Qafqazda dayanıqlı sülhün təsirlərindən yazmaq yerinə regional güclər və qərb blokunun maraqlarından yazmağa başlayıblar.

F.Şəfiyev yazır ki, ilk dəfə 1988-ci ildə Ermənistan milliyyətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirməyə dair “miatsum” şüarını səsləndirdiyi bir vaxtda Ermənistanda lobbiçilər və influenserlər bunu öz müqəddəratını təyin etmə mübarizəsi kimi təqdim ediblər və  Qərb siyasətçiləri və ekspertləri isə bu hərəkatı Sovet sistemi ilə mübarizə imkanı kimi dəyərləndiriblər: “Qərb 100 əvvəl Osmanlı imperiyası ilə mübarizədə erməni məsələsindən istifadə etdiyi kimi Ermənistanın bu layihəsinə eyni şəkildə rəğbət bəslədi”.

Həmçinin məqalədə qeyd olunur ki, Sovet İttifaqının süqutundan sonra rəsmi Moskva münaqişə vasitəsi ilə  Ermənistanı özündən asılı vəziyyətə salıb və Azərbaycanın Qərbə meyllənməsinin qarşısını almağa çalışıb.

Müəllif bildirir ki, Avropa və ABŞ institutları tərəfindən maliyyələşdirilən bir sıra ekspert və alimlər müxtəlif proqram və layihələr vasitəsi ilə Ermənistan və Azərbaycanı barışdırmağa cəhd edirdilər, lakin hər dəfə Dağlıq Qarabağ tarixi Ermənistan ərazisi kimi göstərilirdi. Fərid Şəfiyevin sözlərinə görə, Azərbaycan isə hər zaman Dağlıq Qarabağa ən yüksək muxtariyyət status verilməsi zəmanəti ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geri qaytarılmasında israr edib.

Müəllif münaqişə ilə bağlı vasitəçilərin təqdim etdiyi “Madrid Prinsiplərindən” yazır və bunun hər iki münaqişə ölkəsi tərəfindən qəbul edilməsinə baxmayaraq beynəlxalq vasitəçilərin onun müddəalarını icra etmək üçün Ermənistana heç bir təzyiq göstərmədiyini diqqətə çatdırır: “Bu baxımdan İkinci Qarabağ Müharibəsi münaqişənin vasitəçisi olan ABŞ, Avropa və Rusiyaya xatırlatmalıdır ki, atəşkəs nə qədər uzun çəksə də müvəqqəti xarakter daşıyır. Bununla yanaşı qlobal və regional güclərin münaqişələrin dondurulmasından və ya həll olunmamış saxlanılmasından qısamüddətli olaraq hansısa fayda əldə etməsinə baxmayaraq beynəlxalq hüququ görməzdən gəlmək hər hansı regiona stabillik gətirmir”.

Fərid Şəfiyev bildirir ki, Ermənistan qonşuları ilə yaxşı münasibətlərə meyllənməklə gələcəklə bağlı yeni yanaşma sərgiləməlidir. Belə ki, Yerevan Dağlıq Qarabağın  müstəqilliyi və digər absurd iddiaları davam etdirsə, ölkə gələcəkdə müstəqil xarici və iqtisadi siyasəti olmayan daha dərin təcrid vəziyyətinə düşəcək. Müəllifin sözlərinə görə, ən acınacaqlısı odur ki, Ermənistandakı vəziyyəti pisləyən Qərb bu ölkənin hazırkı vəziyyətə salan mövqeni təkrar səsləndirməkdə davam edir. Bu baxımdan müəllif Fransa Prezidentinin anti-Azərbaycan açıqlamalarını və Fransa Senatının Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyən bəyanatını xatırladır. Yazar qeyd edir ki, bölgədə Rusiya- ürkiyə əməkdaşlığı münaqişənin həllində aktiv iştirak edə bilməyən Qərb gücləri arasında qısqanclığa səbəb olub: “Rəsmi Moskva və Ankara Qafqazdakı iki etnik qrupu bir araya gətirmək üzərində işləyə bilər və bu kimi səylər dəstək görəcək”.

Müəllifin sözlərinə görə, təəssüf ki, bu günə kimi verilmiş siqnallar gələcəkdə davamlı sülhün qurulması ilə bağlı kəskin dəyişikliklərlə bağlı az ümid verir, lakin bununla yanaşı gələcək əməkdaşlıqla bağlı bir sıra fikirlər artıq səsləndirilib. O, bu baxımdan Prezident İlham Əliyevin dekabrın 1-də xalqa etdiyi müraciətində Naxçıvana çəkiləcək dəhlizin bütün regional ölkələr üçün yeni imkanlar açacağına dair açıqlamasına diqqət çəkir.

Daha ətraflı: https://nationalinterest.org/feature/future-peace-between-armenia-and-azerbaijan-requires-major-revision-approaches-174283

Müəllifin son məqalələri

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır

15 May 2023 - 15:14

Ərazi bütövlüyünün eroziyası beynəlxalq təhlükəsizliyə təhdid kimi