BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Esmira Cəfərovanın “Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bərpaedici ədalət” adlı məqaləsi Bolqarıstan mediasında dərc olunub

2020-09-24 14:39

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bərpaedici ədalət” adlı məqaləsi Bolqarıstanın nüfuzlu “BlackSea Caspia” portalında ingilis və bolqar dillərində dərc olunub.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına diqqət çəkilməklə yanaşı, beynəlxalq münasibətlər sisteminin “bərpaedici ədalət” konsepsiyası Ermənistan-Azərbaycan münaqişəsinə tətbiq edilərək bu kontekstdə münaqişənin həlli yolları nəzərdən keçirilir. Belə ki, “bərpaedici ədalət” konsepsiyasına görə, münaqişənin ədalətli həlli üçün münaqişənin yaranmasında səbəbkar olan dövlət öz hərəkətlərinin nəticələrinin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atmalı və yekunda zərərçəkən tərəf qarşısında üzr istəməlidir. “Bu addım isə öz növbətində zərərçəkən tərəfindən sülh və qarşılıqlı əməkdaşlığın təşviqi istiqamətində cavab addımlarının atılması və yekunda münaqişə aparan tərəflər arasına dialoq və sülhün bərpası ilə nəticələnə bilər”,- deyə müəllif yazır.

Məqalədə bu kontekstdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində “bərpaedici ədalət” konsepsiyasının əhəmiyyəti vurğulanaraq qeyd olunur ki, bu konsepsiya münaqişənin həllində Ermənistan siyasətinin əsas elementi olmalıdır: “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən bütün hüquq pozuntularını qəbul etməsi, münaqişənin ədalətli və sülh yolu ilə həll istiqamətində həqiqətən işləmək istəyi “bərpaedici ədalət” üçün əsas rolu oynaya bilər. Ermənistanın “bərpaedici ədalət” kontekstində atacağı ilkin addımlar Azərbaycanın müvafiq qarşılıq verməsi və bu dövlətlə kommunikasiyaların bərpası, eləcə də etimad quruculuğu tədbirlərinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə nəticələnə bilər”.

Yekun olaraq qeyd edilir ki, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi faktı “bərpaedici ədalət” üçün perspektivləri təhlükə altına alır: “Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional stabillik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”.

https://blacksea-caspia.eu/en/321-08-05-20

https://blacksea-caspia.eu/bg/321-08-05-20

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq