BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Ermənistan hökuməti və müxalifət arasında artan fikir ayrılığı: Bu, Azərbaycanla normallaşma prosesinə necə təsir edəcək?

2024-04-01 11:49

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Nağı Əhmədovun “Ermənistan hökuməti və müxalifət arasında artan fikir ayrılığı: Bu, Azərbaycanla normallaşma prosesinə necə təsir edəcək?” başlıqlı məqaləsi news.az saytında dərc edilib.

Ermənistan Baş naziri Nikol Paşinyanın martın 19-da Tavuş rayonunun Voskepar kəndinin sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərə toxunan müəllif qeyd edir ki, məhz həmin toplantıda verilən açıqlamalar hazırkı administrasiya və müxalifət arasındakı uçurumu bir qədər də dərinləşdirdi.

“Martın 23-də üç silahlı şəxs paytaxt İrəvanda polis şöbəsində hücum etdi. Məlumatlara görə, 49 nəfər həbs edildi. Ermənistan mətbuatının məlumatına görə, 3 nəfər “Döyüş qardaşlığı” təşkilatının üzvlərini azad etmək niyyətində olub. Qeyd edək ki, “Döyüş qardaşlığı” təşkilatı İkinci Qarabağ müharibəsindən sonra- 2021-ci ildə yaradılıb və Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmasının əleyhinədir. Ümumiyyətlə, Ermənistanın müxalif partiyaları Paşinyan və onun hökumətini birtərəfli kapitulyasiya səbəbindən ittiham edirlər. Onların fikrincə, bu yanaşma Azərbaycanın maraqlarına cavab verir və Ermənistanın müdafiə bacarıqlarını zəiflədir”.

N.Əhmədov son dövrlərdə Ermənistan hökuməti və Qarabağdan olan separatçılar arasında gərginliyin artmasına da diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan dedi ki, Ermənistan “sürgündə olan hər hansı hökuməti” tanımır. O bildirib ki, onun administrasiyası Ermənistan torpağında mövcud olan yeganə administrasiyadır. Aydındır ki, Paşinyanın bəyanatı Samvel Şahramanyanın “Le Figaro” nəşrindəki müsahibəsinə cavab idi”.

Məqalədə bildirilir ki, Paşinyan sözügedən açıqlamaları milli təhlükəsizliyə təhdid kimi qəbul etsə də, Qarabağdan olan separatçıların fəaliyyətinə xitam vermir.

“Paşinyanın bu addımı onun söz və əməllərindəki səmimiliyi sual altına qoyur”.

Sonda, müəllif qeyd edir ki, Paşinyan və rəqibləri arasında artan gərginlik sülh danışıqlarını və normallaşma prosesini təhdid edir.

“Görünür, Ermənistanda radikal və revanşist qrupların yenidən baş qaldırması Cənubi Qafqazda davamlı sülhdə maraqlı olmayan regiondankənar qüvvələrin marağındadır. Təsadüfi deyil ki, bunlar hamısı Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də sülhün hər zaman olduğundan daha yaxın olması ilə bağlı açıqlamasından sonra baş verdi. Bunlar hamısı onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ermənistan tərəfindən şərti dövlət sərhədində geniş təxribatların baş qaldırması mümkündür”.

https://news.az/news/growing-friction-between-armenian-govt-and-opposition-how-will-it-reshape-normalization-with-azerbaijan-op-ed

Müəllifin son məqalələri

03 İyun 2024 - 15:23

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin Aİ ilə inteqrasiyasına yol açır

02 May 2024 - 09:49

Azərbaycan -Almaniya münasibətləri: Cənubi Qafqazda əməkdaşlıq üçün yeni istiqamətlər

15 Aprel 2024 - 10:30

Aİ-Ermənistan-ABŞ yüksək səviyyəli görüşü: Cənubi Qafqaz üçün həlledici məqam