BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Ermənistan-Azərbaycan sülh prosesində çıxmaz vəziyyət davam edir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” dərgisində nəşr edilib.
Məqalədə V. Hüseynov Ermənistan-Azərbaycan sülh müqaviləsinin hələ razılaşdırılmamış qalan iki maddəsi - beynəlxalq məhkəmələrdəki qarşılıqlı bütün iddiaların geri götürülməsi və üçüncü dövlətlərin hərbi qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirməməsi - ilə bağlı məlumat verir.
Qeyd edir ki, birinci məsələ üzə müəyyən qarşılıqlı anlaşma müşahidə edilsə də, ikinci məsələ çox ciddi mübahisə mövzusu olaraq qalır.
Müəllif Avropa İttifaqının monitorinq missiyasının müəyyən edilmiş müddətdən artıq qalması və 2027-ci ilədək bu missiyaya əlavə maliyyə vəsaitin ayrılması kimi faktların Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesini çətinləşdirdiyini diqqətə çatdırdı.
“Ermənistan qanunvericiliyində Qarabağa olan iddialar və ATƏT-in Minsk Qrupunun buraxılması həssas mövzular olaraq qalır. Azərbaycan gələcəkdə ərazi mübahisələrinin qarşısını almaq üçün Ermənistanın konstitusiyasına dəyişiklik edilməsində israrlıdır. Ermənistan isə bu dəyişiklikləri etməkdə hüquqi və siyasi maneələrlə üzləşir. Nəqliyyat əlaqələrinin yenidən açılması ilə bağlı fikir ayrılıqları da sülh prosesinə mane olur”.
Yekunda V. Hüseynov qeyd edir ki, sözügedən məsələlər üzrə razılıq əldə olunmasa, hərtərəfli sülhə nail olmaq çətin olacaq.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://jamestown.org/program/stalemate-persists-in-the-armenia-azerbaijan-peace-process/