BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

“Ermənistan-Azərbaycan sərhədindəki son insidentlər Cənubi Qafqazda sülhün nə qədər kövrək olduğunu xatırladır”

2024-02-16 13:31

“Son günlər sərhəddəki Nerkin Hand kəndində erməni və Azərbaycan qüvvələri arasında baş vermiş toqquşmalar Cənubi Qafqazda sülhün nə qədər həssas olmasını aydın şəkildə bir daha gündəmə gətirir.”

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun “commonspace.eu” saytında dərc olunan “Ermənistan-Azərbaycan sərhədindəki son insidentlər Cənubi Qafqazda sülhün nə qədər kövrək olduğunu xatırladır” başlıqlı məqaləsində deyilir.

Müəllif bildirir ki, zorakılıq halının baş verməsi iki ölkə arasında davamlı gərginlik və həll edilməmiş məsələlərin qalmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqının monitorinq missiyasının fəaliyyətləri ilə bağlı narahatlıqları, eləcə də Rusiya və Qərbin də daxil olduğu daha geniş geosiyasi dinamika vəziyyətin mürəkkəbliyini bir az da artırır.

“Region rəqabətdə olan maraqlar üçün döyüş meydanına çevrilir. Rusiya öz təsir sferasına Qərbin müdaxiləsini təhdid kimi nəzərdən keçirir. Ermənistan üçün isə bu geosiyasi qırılma xətləri arasında gedişlər etmək ciddi çağırışlara səbəb olur. Cənubi Qafqazda gərginliyin eskalasiyasının potensial nəticələri ağırdır. Təkcə Ermənistan və Azərbaycan üçün yox, həm də Gürcüstan kimi qonşu ölkələr üçün,”deyə Vasif Hüseynov qeyd edir.

Müəllif həmçinin bildirir ki, istənilən qeyri-stabillik regionu Rusiya-Qərb qarşıdurmasının gücləndiyi coğrafiyaya çevirə bilər.

“Region ölkələri və onların beynəlxalq tərəfdaşları münaqişələrdən əziyyət çəkmiş Cənubi Qafqazın geosiyasi əsaslı daha böyük münaqişəyə sürüklənməməsi üçün çalışmalıdırlar,” deyə müəllif sonda diqqətə çatdırır.

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir