BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Gülşən Paşayeva

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ermənistan-Azərbaycan ikitərəfli təmasları: Praktik nəticələrdən mümkün irəliləyişə doğru

2024-05-21 10:58

BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “Ermənistan-Azərbaycan ikitərəfli təmasları: Praktik nəticələrdən mümkün irəliləyişə doğru” başlıqlı məqaləsi nüfuzlu “Modern Diplomacy” nəşrində dərc edilib.

Məqalədə müxtəlif seqmentlər üzrə Ermənistan və Azərbaycan arasında aparılan proseslər hərtərəfli təhlil olunur.

Müəllif bildirir ki, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra ikitərəfli münasibətlərin birbaşa təmaslar vasitəsilə düzəlməsi nöqteyi-nəzərindən yeni və unikal imkan yaranıb.

“Burda üç istiqamət mövcuddur və artıq müəyyən əməli nəticələr göz önündədir. Birincisi, yüksək səviyyəli qərarvermə prosesidir. Bu, hər iki dövlət rəhbərliyinin siyasi iradəsini nümayiş etdirir. Faktiki olaraq, 7 dekabr 2023-cü il tarixli birgə bəyanat ilə hər iki dövlət “regionda sülh üçün tarixi şansın olmasını” bildirmiş və “münasibətlərin normallaşdırılması ilə bağlı niyyətlərinə sadiqliyini təsdiqləmişdilər””.

G. Paşayeva xatırladır ki, bu çərçivədə Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad etdi və xoş məramın ifadəsi olaraq, Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini bildirdi.

Məqalədə qeyd edilir ki, ikinci istiqamət Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesini əhatə edir. Belə ki, 2022-ci ildən başlanan bu proses delimitasiya komissiyalarının 2024-cü ilin aprelin 19-da və 2024-cü ilin mayın 15-də keçirilmiş müvafiq olaraq 8-ci və 9-cu iclaslarında praktik nəticələrin əldə edilməsi ilə yekunlaşmışdı.

“8-ci görüş nəticəsində Ermənistan Qazaxın 4 kəndinin qaytarılmasına razılıq verdi. Bu kəndlər 1990-cı illərin əvvəlində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi və yerli azərbaycanlılar ya evlərini tərk etməyə məcbur olmuş, ya da qovulmuşdular”.

G.Paşayeva qeyd edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşması ilə bağlı üçüncü istiqamət iki dövlətin diplomatları tərəfindən aparılan prosesi əhatə edir.

Yekunda müəllif bildirir ki, Ermənistan və Azərbaycan arasında tarixi irəliləyişə səbəb ola biləcək ardıcıl addımlar atılmaqdadır. Lakin irəliləyişə nail olunması parçalanmış erməni cəmiyyətinin Paşinyan hökumətinin bu istiqamətdə atdığı addımları nə dərəcədə dəstəkləməsindən asılı olacaq.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://moderndiplomacy.eu/2024/05/21/the-armenian-azerbaijani-bilateral-track-from-tangible-results-to-a-possible-breakthrough/

Müəllifin son məqalələri

21 May 2024 - 10:58

Ermənistan-Azərbaycan ikitərəfli təmasları: Praktik nəticələrdən mümkün irəliləyişə doğru

27 Oktyabr 2020 - 12:10

Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma: səbəb və nəticə