BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Erməni işğalının "mirası" : Azərbaycanın bərpa prosesində üzləşdiyi böyük çətinliklər

2025-05-21 10:25

Bir vaxtlar mədəni və iqtisadi baxımdan önəmli olan Qarabağ bölgəsi üç onillikdən artıq davam edən Ermənistan işğalının izlərini hələ də daşıyır. 1990-cı illərin əvvəlində Ermənistan Silahlı Qüvvələri Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisinin təxminən 20%-ni işğal etmişdi. 2020-ci ildə azad edilən regionun bərpası ilə bağlı hazırda bir sıra çağırışlar mövcuddur.

2020 və 2023-cü illərdə hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən tam azad edilənə qədər Qarabağ Ermənistanın nəzarəti altında qaldı. Lakin indi azad edilmiş olsa da, ərazi hələ də əsasən yaşayış üçün əlverişsizdir.

İşğal genişmiqyaslı dağıntılara səbəb olmuş, yüz minlərlə azərbaycanlını evsiz qoymuş və ərazini dünyanın ən çox minalanmış bölgələrindən birinə çevirmişdir. Hazırda  Azərbaycanın qarşısında işğaldan sonra qalan dərin humanitar və maliyyə problemlərini həll etməklə yanaşı, bu ərazilərin bərpası kimi çətin vəzifə dayanır. 

Ermənistanın işğalı Qarabağ və ətraf bölgələrdə genişmiqyaslı dağıntılara səbəb olub. “Hər şey məhv olub. İnfrastruktur dağıdılıb, yaşayış və inzibati binalar viran edilib,” deyə Azərbaycanın Prezidenti İlham Əliyev 2020-ci ildə regionun Ermənistan işğalından azad olunmasından sonra xalqa müraciətində bildirmişdi.

Bəzi yaşayış məntəqələrində, məsələn, Füzuli və Ağdamda, erməni tərəfi bütün ağacları kəsərək ətrafı ölü torpağa çevirmiş, sanki orada heç bir həyat olmamış kimi bir vəziyyət yaratmışdır. Yaşayış sahələrinin və digər infrastrukturların dağıdılması ilə yanaşı, tarixi, dini və mədəni abidələr də işğal dövründə məhv edilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, işğal illəri ərzində bu ərazidə 400-dən çox mədəni və dini abidə tamamilə məhv edilib. Prezident İlham Əliyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki 67 məsciddən 65-i dağıdılıb, qalan iki məscid isə heyvandarlıq üçün tövlə kimi istifadə edilib ki, bu da Azərbaycanın mədəni irsinə qarşı təhqirdir.

ABŞ Dövlət Departamentinin 2021-ci il tarixli "Beynəlxalq Din Azadlığı" hesabatında təsdiq edilib ki, Ermənistanın nəzarətində olduğu müddətdə etnik azərbaycanlı icmalarına aid yüzlərlə abidə – o cümlədən məscidlər, ziyarətgah və qəbiristanlıqların əksəriyyəti talan edilib, vandalizmə məruz qalıb, təhqir edilib və məhv edilib.

Bu dağıntıları daha da ağırlaşdıran amil dəhşətli mina böhranıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərdə təxminən 1.5 milyon mina basdırmış, nəticədə Azərbaycanı dünyanın ən çox mina ilə çirklənmiş ölkələrindən birinə çevirmişdir. Bu "səssiz qatillər" bərpa işlərini çətinləşdirmək və mülki əhalinin həyatını təhlükəyə atmaq məqsədilə strateji olaraq yerləşdirilmişdir.

2020-ci ilin noyabrında II Qarabağ müharibəsinin başa çatmasından 400-ə qədər azərbaycanlı, o cümlədən mülki şəxslər və mina təmizləmə işçiləri mina partlamaları nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Minalar ciddi humanitar risklər yaradır, qaçqın ailələrinin evlərinə qayıtmasını əngəlləyir və kənd təsərrüfatı sahələrini və infrastrukturu istifadəyə yararsız hala salır.

Mina təmizləmə işlərinin maliyyə yükü olduqca böyükdür. Beynəlxalq mütəxəssislər minaların təmizlənməsinin 30 ilə qədər vaxt ala biləcəyini və Azərbaycana təxminən 25 milyard dollara başa gələcəyini qiymətləndirirlər. Ermənistanın dəqiq mina xəritələrini təqdim etməkdən imtina etməsi bu fəaliyyətləri daha da çətinləşdirir və humanitar fəlakəti dərinləşdirir.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://theliberum.com/legacy-of-the-armenian-occupation-azerbaijan-faces-massive-reconstruction-challenges/

Müəllifin son məqalələri

10 İyun 2025 - 15:21

Türk Dövlətləri Təşkilatı Avrasiyada vacib geosiyasi aktora çevrilir

30 May 2025 - 14:51

Azərbaycanla durğun münasibətlər fonunda Rusiya Ermənistanla əlaqələri gücləndirməyi hədəfləyir

21 May 2025 - 10:25

Erməni işğalının "mirası" : Azərbaycanın bərpa prosesində üzləşdiyi böyük çətinliklər